® “Rabitəbank” sahibkarlara xüsusi güzəşt təqdim edir
Azərbaycan Mərkəzi Bankının (AMB) COVID-19 pandemiyası ilə əlaqədar sahibkarlara dəstək məqsədli tövsiyələrinə uyğun olaraq “Rabitəbank” POS-terminal tariflərinə güzəşt olunmasına dair qərar qəbul edib. Bununla əlaqədar bank ilə müştəri arasında bağlanmış POS-terminal müqaviləsində qeyd olunan aylıq xidməthaqqı tətbiq edilən cari POS-terminal müştəriləri üzrə sentyabrın 30-dək 50 faiz endirim tətbiq ediləcək. Həmçinin Mərkəzi Bankın tövsiyəsinə əsasən, AZİPS və XÖHKS ödəniş sistemi ilə banklararası köçürmələrə də 50 faiz endirim ediləcək. Bu güzəşt həm sahibkarlara, həm də fərdi müştərilərin köçürmələrinə şamil edilir. Qeyd edək ki, aylıq komissiya haqqına güzəşt may-sentyabr aylarını əhatə edəcək.
Bu təkliflə yanaşı, avqustun 5-dək bankda yeni sahibkarlıq hesabı açan müştərilərə aşağıdakı xüsusi üstünlüklər təqdim olunur:
- İlk 3 ay ərzində müəssisələrdən əməkhaqqı köçürmə komissiyasının alınmaması, əməkhaqqı kartlarının pulsuz verilməsi;
- Köçürmə komissiyaları üçün istifadə edilə biləcək 50 AZN dəyərində bonusların verilməsi;
- 0 faiz konvertasiya komissiyası;
- İlk 3 ay ərzində hesab üzrə vəsaitin nağdlaşdırılması 0 faiz;
- POS-terminal üzrə aylıq xidmət haqqı 0 AZN;
Həmçinin kampaniyadan yararlanan müştərilərilərə internet bankçılıq xidmətinə qoşulma, istənilən valyutada hesabaçma, bir illik SMS və e-mail məlumatlandırma, VÖEN hesaba bağlı iki illik “BizKart” və bir ədəd çek kitabçası tamamilə pulsuz təqdim edilir.
POS-terminal tarifləri və şərtləri haqqında daha ətraflı məlumat üçün “https://www.rabitabank.com/bank-xidmetleri” linkinə daxil olaraq tanış ola bilərsiniz.
“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, internet bankinq və “RabitaBot” adlı çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.