Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Yüksək peşəkarlığı, zəngin təcrübəsi və məsuliyyətli yanaşması ilə tanınan həkim

®  Yüksək peşəkarlığı, zəngin təcrübəsi və məsuliyyətli yanaşması ilə tanınan həkim

“Həkimlərimizi tanıyın” rubrikamızda yüksək ixtisası, peşəkarlığı və zəngin tibbi təcrübəsi ilə seçilən Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsinin anestezioloq-reanimatoloqu Mehdi Əliyevi təqdim edirik.

Sağlamlıq insan həyatının ən böyük sərvətidir. İnsan özünü sağlam hiss etdiyi zaman həyatın dəyərini, bəlkə də, tam anlamır. Lakin xəstəlik, xüsusilə də ağır və kritik vəziyyət insanın həyatında hər şeyi bir anda dəyişə bilir. Belə məqamlarda həkimin biliyi, təcrübəsi və verdiyi düzgün qərar bəzən həyatla ölüm arasındakı ən mühüm amilə çevrilir. Anesteziologiya və reanimasiya sahəsində çalışan həkimlər ən ağır vəziyyətlərdə pasiyentin yanında olur, onun sağlamlığının qorunmasına və bərpasına çalışırlar.

Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Mehdi Əliyev məhz belə məsuliyyətli və şərəfli missiyanı öz üzərinə götürən həkimlərdəndir. Uzun illər ərzində qazandığı peşəkar təcrübə, beynəlxalq təhsil və müasir tibbi yanaşmalara verdiyi önəm onu öz sahəsinin təcrübəli mütəxəssislərindən birinə çevirib. Mehdi həkim qaraciyər və böyrək transplantasiyası əməliyyatlarında anesteziyanı həyata keçirir, eyni zamanda, əməliyyatdan sonrakı dövrdə pasiyentlərin intensiv müşahidəsi, müalicəsi və tibbi baxımının təşkilini və aparılmasını həyata keçirir.

Təhsil və peşəkarlığa aparan yol

Mehdi Əliyevin tibbə gedən yolu Azərbaycan Tibb Universitetindən başlayıb. O, 1994–2000-ci illərdə universitetin Müalicə işi fakültəsində təhsil alıb. 2000–2001-ci illərdə 1 nömrəli Şəhər Kliniki Xəstəxanasının Anesteziologiya və reanimasiya kafedrasında internatura keçərək həkimlik fəaliyyətinin ilk peşəkar mərhələsinə qədəm qoyub. Lakin onun üçün tibb təhsili diplom almaqla yekunlaşmayıb. Həkimlik sənətində daim yenilənən bilik və texnologiyaları mənimsəməyin vacibliyini əsas götürən Mehdi Əliyev müxtəlif illərdə həm Azərbaycanda, həm də xarici ölkələrdə təhsil və ixtisasartırma proqramlarında iştirak edib.

2007–2011-ci illərdə İtaliyanın Milan şəhərində yerləşən Ospedale Maggiore of Milan xəstəxanasının Anesteziologiya və intensiv terapiya kafedrasında beynəlxalq təqaüd proqramı çərçivəsində təhsil alması onun peşəkar inkişafında xüsusi mərhələ olub.

2012–2013-cü illərdə isə Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində ürək-damar cərrahiyyəsi üzrə təhsil keçib. Müxtəlif tibbi məktəblərin təcrübəsini öyrənməsi ona mürəkkəb klinik vəziyyətlərə daha geniş və sistemli yanaşmaq imkanı yaradıb.

Peşəkar fəaliyyət – kritik anlarda böyük məsuliyyət

Mehdi Əliyevin peşəkar fəaliyyəti təcili və intensiv tibbi yardım sahəsində zəngin təcrübə ilə müşayiət olunur. O, 2003–2006-cı illərdə Azərbaycanın özəl tibb müəssisələrindən birində təcili tibbi yardım həkimi kimi çalışıb. Bu illər onun üçün müxtəlif və mürəkkəb klinik vəziyyətlərdə operativ qərar qəbul etmək, pasiyentin vəziyyətini qısa zamanda qiymətləndirmək və təxirəsalınmaz tibbi yardım göstərmək baxımından mühüm təcrübə məktəbi olub.

2012-ci ildən etibarən isə fəaliyyətini Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və reanimasiya şöbəsində anestezioloq-reanimatoloq kimi davam etdirir.

Bu sahədə onun fəaliyyət istiqamətləri kifayət qədər genişdir. Mehdi Əliyev ümumi və regional anesteziya, traxeyanın intubasiyası və ekstubasiyası, mərkəzi damarlara kateterin qoyulması, invaziv və qeyri-invaziv monitorinq, ağciyərlərin invaziv və qeyri-invaziv ventilyasiyası, traxeostomiya, ağrı terapiyası pompasının tətbiqi, onurğa beyin mayesinin alınması, bronxoskopiya və bronxların lavajı kimi müasir tibbi prosedurları həyata keçirir.

Onun fəaliyyətinin mühüm istiqamətlərindən biri də ağır tənəffüs və ürək çatışmazlığı olan pasiyentlərdə EKMO cihazının tətbiqidir. Müasir intensiv terapiyanın ən mürəkkəb və yüksək texnologiyalı metodlarından biri olan EKMO ağır vəziyyətdə olan pasiyentlərin müalicəsində mühüm imkanlar yaradır. Defibrilasiya və kardioversiya kimi həyati əhəmiyyət daşıyan müdaxilələr də Mehdi Əliyevin peşəkar fəaliyyət sahəsinə daxildir.

Beynəlxalq təcrübə və davamlı inkişaf

Müasir tibb sürətlə inkişaf edir. Yeni texnologiyalar, müalicə metodları və tibbi protokollar həkimlərdən biliklərini daim yeniləməyi tələb edir. Mehdi Əliyev də peşəkar fəaliyyətində bu prinsipə xüsusi önəm verir. O, 2005-ci ildə Şotlandiyanın Aberdin Universitetində “Qabaqcıl kardiyak və travma həyat dəstəyi bacarıqları” kursunda iştirak edib. 2010-cu ildə isə Rumıniya Təcili və Fövqəladə Hallar üzrə Tibbi Cəmiyyətinin təşkilatçılığı ilə Təcili və Təxirəsalınmaz Kliniki Hospitalında keçirilən beynəlxalq təlim proqramında, 2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu -Dabi şəhərində Ümumdünya İnsult Təşkilatının təşkilatçılığı ilə keçirilən16-cı Ümumdünya İnsultla Mübarizə Konqresində, 2026-cı il iyunun 6-8-də Niderlandın Rotterdam şəhərində Rotterdam Ahoy konqres mərkəzində keçirilən Avropa Anesteziologiya və İntensiv Terapiya Cəmiyyətinin “Euroanesteziya 2026” illik konqresində iştirak edərək, müvafiq sertifikatlar əldə edib. Müxtəlif ölkələrdə qazandığı təcrübə onun tibbi dünyagörüşünün genişlənməsinə, müasir anesteziologiya və intensiv terapiya yanaşmalarını öz fəaliyyətində tətbiq etməsinə imkan verib.

Elmi fəaliyyətə xüsusi önəm

Mehdi Əliyev üçün həkimlik yalnız klinik fəaliyyətlə məhdudlaşmır. O, elmi istiqamətdə də öz inkişafını davam etdirir. 2022-ci ildən etibarən Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi PHŞ-də “Anesteziologiya və reanimatologiya” ixtisası üzrə qiyabi doktorantura təhsili alır.

Elmi fəaliyyətə maraq onun tibbin inkişaf edən istiqamətlərini daha dərindən öyrənməsinə, mövcud təcrübəni elmi yanaşmalarla zənginləşdirməsinə və peşəkar biliklərini daha da inkişaf etdirməsinə şərait yaradır.

Peşəkarlığın qiymətləndirilməsi

Uzun illər davam edən peşəkar fəaliyyət və tibb sahəsinə göstərdiyi xidmət dövlət səviyyəsində də qiymətləndirilib. Mehdi Əliyev 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. O, eyni zamanda, bir sıra peşəkar və beynəlxalq tibbi təşkilatların üzvüdür. Bunların sırasında Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti, Avropa Anestezioloqlar Cəmiyyəti, Türkiyə Anesteziologiya və Reanimasiya Cəmiyyəti və Avropa İntensiv Terapiya Təbabəti Cəmiyyəti yer alır. Bu üzvlüklər onun beynəlxalq tibbi mühitlə əlaqələrinin və peşəkar inkişafının davamlı xarakter daşıdığını göstərir.

Həkimlik – biliklə yanaşı, böyük məsuliyyətdir

Anestezioloq-reanimatoloqun işi çox vaxt xəstənin və yaxınlarının ən ağır anlarında başlayır. Bu sahədə çalışan həkimdən yalnız yüksək peşəkarlıq deyil, həm də səbir, diqqət, çeviklik və məsuliyyət tələb olunur.

Çünki reanimasiya şöbəsində hər qərarın öz çəkisi var. Bəzən saniyələr belə böyük əhəmiyyət daşıyır. Belə məqamlarda həkimin biliyi və təcrübəsi qədər onun düzgün qərar qəbul etmək bacarığı da mühüm rol oynayır.

Mehdi Əliyevin uzun illərdir anesteziologiya və reanimasiya sahəsində fəaliyyət göstərməsi, beynəlxalq təcrübəyə malik olması, müasir tibbi texnologiyaları fəaliyyətində tətbiq etməsi və elmi inkişafını davam etdirməsi onun peşəsinə olan bağlılığının göstəricisidir.

2012-ci ildən Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərən Mehdi Əliyev bu gün də yüksək peşəkarlıq, zəngin təcrübə və məsuliyyətli yanaşması ilə pasiyentlərin sağlamlığının və həyatının qorunmasına xidmət edir.

Mehdi Əliyev haqqında daha ətraflı məlumatla link vasitəsilə tanış ola bilərsiniz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb