® “OBA” Bilik Günü münasibətilə Beyləqanda məktəblilərə hədiyyələr təqdim edib VİDEO
Fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi 15 Sentyabr – Bilik Gününə özəl olaraq Beyləqan rayonunun Birinci Aşıqlı kəndində “İşıqlı sabahımız naminə” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirib.
Şəhid Rauf Həsənovun adını daşıyan tam orta məktəbdə keçirilən tədbir çərçivəsində 100 şagirdə məktəb çantaları, müxtəlif dərs vəsaitləri və hədiyyələr təqdim olunub. Layihə “Güvən” İctimai Birliyinin dəstəyi ilə reallaşıb.
Tədbir çərçivəsində məktəblilər üçün xüsusi əyləncəli proqram da təşkil edilib. Animator, face artist və sehrbazın iştirakı ilə keçirilən proqram balacalara sevinc dolu anlar yaşadıb, onların Bilik Gününə xoş əhvali-ruhiyyə ilə başlamasına rəng qatıb.
Layihənin məqsədi uşaqların təhsilinə dəstək olmaq, onların yeni dərs ilinə sevinc və motivasiya ilə başlamalarına töhfə vermək olub.
Qeyd edək ki, layihə “OBA”nın fəaliyyətinin 10 illiyinə həsr olunmuş “Qonşuluqda 10 iz” silsilə korporativ sosial məsuliyyət layihələri çərçivəsində təşkil edilib.