Abdulla Şaiqin mənzil-muzeyində “Muzeylər gecəsi” aksiyasına həsr edilmiş tədbir keçiriləcəkdir
Bakı, 13 may (AZƏRTAC). Mayın 14-də Abdulla Şaiqin Mənzil Muzeyində “Qafqaz Media” Ictimai Birliyi və “Borçalı” qəzetinin təşkilatçılığı ilə “Muzeylər gecəsi” aksiyası çərçivəsində tədbir keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, gözdən əlil və valideyn himayəsindən məhrum olmuş uşaqların iştirak edəcəkləri tədbirdə Əməkdar Artist Ruhəngiz Allahverdiyeva, müğənnilər Zöhrə Əliyeva, Məsumə Əliyeva, aşıq Aidə Gülzar rəngarəng musiqi nömrələri ilə çıxış edəcəklər. Gözdən əlil gənc şair Mansur Qadir Abdulla Şaiqə həsr etdiyi şeiri səsləndirəcəkdir.
Mərasimdə, həmçinin 149, 158, 58 nömrəli məktəblərin və İncəsənət Gimnaziyasının şagirdləri A.Şaiqin şeirlərindən nümunələri əzbər söyləyəcəklər.
Muzeydə istedadlı gənc Səmra Cəfərovanın əl işlərindən ibarət sərgı təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]