Abituriyentlərin nəzərinə: sınaq imtahanı ilə əlaqədar canlı yayım olacaq
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 25-də saat 16:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə sınaq imtahanı ilə əlaqədar canlı yayım olacaq.
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə canlı yayımda sınaq imtahanının nəticələrinin elmi-statistik analizini izləyicilərə təqdim edəcək. Bundan əlavə, DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, həmçinin açıq tipli tapşırıqlarla bağlı geniş izahat veriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahanda istifadə olunmuş test tapşırıqları ilə əlaqədar abituriyentlər suallarını “Facebook”da verilən müvafiq postun altına yaza və ya [email protected] ünvanına göndərə bilərlər. Suallar canlı yayımda DİM-in əməkdaşları və ekspertlər tərəfindən cavablandırılacaq. Sualına dolğun cavab tapmaq istəyən abituriyent onu tam aydın və dəqiq ifadə etməlidir. Bölmə, ixtisas qrupu, fənn və test tapşırığının nömrəsi göstərilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]