ABŞ ALİMİ BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ MƏRUZƏ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 6-da ABŞ-ın Luisvil Universitetinin professoru, tanınmış tarixçi alim Castin Makkarti Bakı Dövlət Universitetində (BDU) olmuşdur.
Görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov alimin elmi araşdırmalarının əhəmiyyətini vurğulamışdır.
Professor C.Makkarti türk-erməni tarixi ilə bağlı apardığı araşdırmalar barədə ətraflı məlumat vermişdir. O, ermənilərin vaxtilə öz havadarlarının köməyi ilə Türkiyə və Azərbaycan ərazilərində məskunlaşdırıldığını tarixi faktlarla qeyd edərək, ermənilərin müntəzəm olaraq bu torpaqlarda qanlı faciələr törətdiklərini söyləmişdir.
Alim Türkiyə ilə Azərbaycanın tarixi birliyindən bəhs etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan professor C.Makkarti bu barədə əsl həqiqətlərin dünya xalqlarına çatdırılmasının zəruriliyini bildirmişdir.
Sonra qonaq tədbir iştirakçılarını maraqlandıran suallara cavab vermişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]