ABŞ-da Çindən göndərilən yarım tonadək donuz əti qaçaqmalçılığının qarşısı alınıb
Vaşinqton, 19 mart, AZƏRTAC
ABŞ-ın Gömrük və Sərhəd Nəzarəti Bürosu tərəfindən Nyu-Cersi ştatının Nyuark-Elizabet limanının dəniz terminalında Çindən göndərilən 453,5 kiloqram donuz əti qaçaqmalçılığına cəhdin qarşısı alınıb. Yarım tonadək donuz ətinin müsadirəsi - bu, ölkə tarixində ən iri qaçaqmalçılıq sayılır.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Sahil Mühafizəsi, Narkotiklərlə Mübarizə İdarəsi, Nyu-York Polis Departamenti və Nyu-York ştatının polisi ilə birgə aparılan reyddə 50-dən çox nəqliyyat konteyneri yoxlanılıb. Daha əvvəl Gömrük və Sərhəd Nəzarəti Bürosuna ABŞ-a “Afrika taunu” xəstəliyi ilə yoluxan donuz əti məhsullarının göndərilə biləcəyi barədə məlumat daxil olmuşdu. Kənd təsərrüfatı üzrə baş mütəxəssis Vasili Liakakosun sözlərinə görə, donuz ətini digər məhsulların, o cümlədən əriştə və “Tide” markalı yuyucu vasitələrin qablaşdırılmasında keçirmək planlaşdırılıbmış.
“Afrika taunu” heyvanlar üçün ölümcül xəstəlik hesab edilir. Əgər xəstəliyə yoluxan məhsullar gömrükdən keçirilərək epidemiyaya səbəb olsaydı, o zaman il ərzində bu sahəyə 10 milyard dollar ziyan vurula bilərdi. Hüquq-mühafizə orqanlarının və ABŞ Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri təhqiqatı davam etdirirlər. Hələ ki, heç bir ittiham təqdim olunmayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]