ABŞ ƏBU-BƏKR MƏSCİDİNDƏ TÖRƏDİLMİŞ PARTLAYIŞI PİSLƏYİR
Bu barədə AZƏRTAC-a ABŞ-ın Azərbaycandakı səfirliyindən daxil olmuş məlumatda bildirilir. Amerika Birləşmiş Ştatları Bakıda törədilmiş partlayış zamanı ölənlərin ailələrinə başsağlığı verir və bu cinayətə görə məsuliyyət daşıyanların tezliklə tapılacağına və cəzalandırılacağına ümid edir.
Məlumatda Azərbaycanın dini həmrəyliyi, dözümlülüyü ilə tanındığı vurğulanır və bildirilir ki, bu hadisə insanlığa qarşı yönəldilmişdir. ABŞ Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir.