ABŞ-IN DÖVLƏT KATİBİNİN MÜAVİNLƏRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Vaşinqtonda, onun üçün ayrılmış iqamətgahda ABŞ dövlət katibinin birinci müavini Robert Zollik və xarici siyasət idarəsinin başçısının müavini xanım Karen Hyuz ilə görüşmüşdür.
Söhbət zamanı ikitərəfli əlaqələr, dövlətimizin başçısının Vaşinqtona səfərinin əhəmiyyəti, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, enerji, təhlükəsizlik və Azərbaycanın antiterror koalisiyasında fəal iştirakı məsələləri müzakirə olundu.
Cənab Robert Zollik vaxtilə Prezident Heydər Əliyevlə Bakıdakı görüşünü xatırlatdı. O, Azərbaycan-ABŞ əlaqələrinin səviyyəsindən məmnunluğunu bildirərək dedi ki, əməkdaşlığımız uğurla inkişaf edir.