ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadə istefa verib
Vaşinqton, 19 oktyabr, AZƏRTAC
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadə vəzifəsindən istefa verib.
AZƏRTAC ABŞ Dövlət katibi Entoni Blinkenin bəyanatına istinadla xəbər verir ki, ABŞ-ın Əfqanıstan üzrə yeni xüsusi nümayəndəsi vəzifəsinə bundan əvvəl Xəlilzadənin müavini olmuş Tomas Uest təyin edilib.
Xəlilzadə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi kimi Qətərdə taliblərlə danışıqlar aparmışdı. Bu danışıqlar nəticəsində Taliban hərəkatı ilə ABŞ-ın sabiq prezidenti Donald Tramp arasında bağlanmış sazişə əsasən cari ilin yayında Vaşinqton özünün bütün qoşunlarını Əfqanıstandan çıxardı. Zalmay Xəlilzadənin tənqid edirdilər ki, o, sülh danışıqları zamanı Talibana təzyiq göstərə bilməyib.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]