ABŞ-ın gündəlik neft hasilatı 10,7 milyon barreli keçib
Bakı, 17 may, AZƏRTAC
ABŞ-ın sutkalıq neft istehsalı 10,7 milyon barreli ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 20 min barrel artaraq 10,72 milyon barrel olub. Bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. Ölkədə neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum - gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Bundan başqa, ABŞ-ın gündəlik neft hasilatı son 18 həftənin 17-də artım göstərib.
Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə gündəlik 278 min barrel artaraq 7,6 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə gündəlik 689 min barrel çoxalaraq 2,57 milyon barrel olub.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, tezliklə ABŞ dünyanın ən böyük xam neft istehsalçı ola bilər.
EIA-nın may ayı üzrə proqnozuna görə isə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,7 milyon barrel, gələn il isə 11,9 milyon barrel olacaq. Bununla da ABŞ-ın dünyanın ən böyük neft hasilatçısı olan Rusiyanı geridə qoyacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]