ABŞ-ın neft ehtiyatları azalıb
Bakı, 14 may, AZƏRTAC
Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 700 min barrel (0,1 faiz) azalaraq 531,5 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 4,1 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 4,6 milyon barrel çoxalmışdı. Beləliklə də ABŞ-ın xam ehtiyatları 15 həftəlik artımdan sonra ilk dəfə azalıb.
ABŞ-ın strateji neft ehtiyatları isə 1,9 milyon barrel (0,3 faiz) artaraq 639,8 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 3,5 milyon barrel (1,4 faiz) azalaraq 252,9 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,2 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,2 milyon barrel azalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]