ABŞ-ın Ukraynaya yardımı təxirə salması vahid Avropaya təsir göstərəcək - Zelenski
Kiyev, 29 yanvar, AZƏRTAC
ABŞ-dan Ukraynaya yardımın təxirə salınması vahid Avropaya öz təsirini göstərəcək və bir sıra ciddi problemlərə gətirib çıxaracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində bildirib.
Prezident qeyd edib ki, o, ABŞ-ın Ukraynaya dəstəkdən tamamilə imtina edə biləcəyinə inanmır. Eyni zamanda, bu baş verərsə, Avropa da Kiyevə əvvəlki kimi yardım göstərə bilməyəcək.
“Nə silahla, nə də maliyyə baxımından. Çünki yəqin ki, bütün Avropa birləşsəydi, Ukraynaya kifayət qədər dəstək verə bilərdi, amma ABŞ-ın belə bir təsiri var və siqnallar çox müsbət olmayanda, eyni təsirə malik olur”, - deyə o vurğulayıb.
Zelenskinin sözlərinə görə, Vaşinqtonun yardımı gecikdirməsi Ukraynada silah və maliyyə çatışmazlığına, ABŞ və Avropa arasında müttəfiqliyin sarsılmasına səbəb olacaq. Ukrayna uğursuzluğa düçar olarsa, Avropa Rusiya ilə qarşı-qarşıya qalacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]