ABŞ KONQRESİNDƏ AZƏRBAYCAN ÜZRƏ İŞÇİ QRUPU ÜZVLƏRİNİN SAYI 41 NƏFƏRDİR
AZƏRTAC xəbər verir ki, Nümayəndələr Palatasında Pensilvaniya ştatını təmsil edən demokrat konqresmen xanım Allison Şvartz ABŞ Konqresindəki Azərbaycan üzrə isçi qrupuna qoşulmuşdur.
Beləliklə, qrup üzvlərinin sayı 41 nəfərə çatmışdır.