Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ KONQRESİNİN XARİCİ MƏSƏLƏLƏR ÜZRƏ KOMİTƏSİ QAFQAZ BÖLGƏSİNƏ DAİR DİNLƏMƏLƏR KEÇİRMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 18-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitəsində “Qafqaz: Dondurulmuş münaqişələr və bağlı sərhədlər” mövzusunda dinləmələr keçirilmişdir. Dinləmələrdə iştirak edən Konqresdəki Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şuster Azərbaycanın terrora qarşı mübarizədə ABŞ-ın yaxın müttəfiqi və qlobal enerji təhlükəsizliyində tərəfdaşı kimi əhəmiyyətindən danışmışdır. Konqresmen Şuster Ermənistan-Azərbaycan münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həll edilməsi üçün ABŞ hökumətini vasitəçilik səylərini artırmağa çağırmışdır. Bildirmişdir ki, münaqişənin həlli bölgənin bütün dövlətlərinə regional əməkdaşlıqda iştirak emtək üçün çoxsaylı imkanlar açacaqdır. 1992-ci ildə Konqres tərəfindən qəbul edilən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin aradan qaldırılması zərurətini qeyd edən həmsədr, bu ədalətsiz qanunun Qafqazdakı siyasi və diplomatik reallıqlara zidd olduğunu demiş, ABŞ-ın postsovet məkanındakı ən Qərbyönlü dövlətlərindən biri ilə münasibətlərini çətinləşdirdiyini xatırlatmışdır. Komitə dinləmələrinin protokoluna, həmçinin üç Azərbaycan və iki türk diaspor təşkilatının bəyanatları salınmışdır.

Bununla yanaşı, iki saat davam edən dinləmələrin əksər hissəsi Ermənistanın bölgədəki maraqları və Türkiyə-Ermənistan sərhədinə dair müzakirələrə həsr edilmişdir.

Xarici Məsələlər üzrə Komitənin sədri, kaliforniyalı demokrat Hovard Berman bildirmişdir ki, 1993-cü ildən Türkiyənin Ermənistana qarşı davam edən “qanunsuz və cəzalandırıcı blokadası” bu ölkəni Rusiya və İrana möhtac olmağa məcbur edir. Türkiyə-Ermənistan sərhədinin bağlı qalması Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmir deyən komitə sədri dinləmələrdə iştirak edən ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Daniel Friddən Ermənistanın problemlərinin həllində Administrasiyanın atdığı addımlara dair izahat istəmişdir.

Daniel Frid çıxışında Azərbaycan, Gürcüstan və Ermənistandakı vəziyyəti ətraflı təsvir etmişdir. Dövlət katibinin müavini ABŞ-ın bölgədəki maraqlarının təhlükəsizlik və terrora qarşı mübarizədə əməkdaşlıq, separatçı münaiqşələrin həlli və enerji ilə bağlı tərəfdaşlıqda cəmləşdiyini bildirmişdir.

Dövlət katibinin müavini demişdir ki, biz Azərbaycanın son dövrlərdə təhlükəsizlik sahəsində əməkdaşlıq, enerji təchizatının və neft-qaz kəmərlərinin şaxələndirilməsi istiqamətində fəaliyyətini alqışlayırıq. Azərbaycan Prezidenti İlham Əliyev ilə bizim yaxşı, səmərəli əməkdaşlığımız vardır. Azərbaycanın İraqa 150, Əfqanıstana isə 45 əsgəri qüvvə yardımını yüksək qiymətləndiririk. Prezident İlham Əliyevin Əfqanıstanda əsgərlərin sayının 2 dəfə artırılması ilə bağlı vədini nəzərə alsaq, Azərbaycan əsgərlərinin sayı bu ölkədə 90-a çatacaqdır.

Azərbaycan, həmçinin NATO-nun Kosovodakı sülhməramlı əməliyyatlarına da əsgəri qüvvə ilə yardım göstərmişdir. Azərbaycanın Əfqanıstanda azadlığın möhkəmləndirilməsi və “İraqın azadlığı” əməliyyatları üçün ABŞ təyyarələrinin ölkə üzərindən məhdudiyyətsiz və azad uçuş-enmə təklifini də yüksək qiymətləndiririk. Bu əməkdaşlıq Azərbaycan-NATO əlaqələrinin inkişafı ilə paralel şəkildə davam edir.

Azərbaycan özünün ikinci Fərdi Tərəfdaşlıq Fəaliyyət Planını qəbul etmiş və bununla da öz ordusunda islahatlara və Transatlantik İttifaqla əməkdaşlığa sadiqliyini bir daha sübut etmişdir.

Azərbaycan, həmçinin ölkədə terror şəbəkələrini təqib etməklə terrorizmə qarşı mübarizədə də qətiyyətli addımlar atmışdır.

Enerji sahəsində Azərbaycan alternativ təbii qaz mənbələri baxımından Avropa üçün olduqca vacibdir. Azərbaycan qazı inhisar, qiymət diktəsi və böhranla təhdiddən uzaq yeni kəmərlər şəbəkəsi üçün yol açmışdır. Azərbaycan enerji mənbəyi kimi öz rolunu gücləndirməklə yanaşı, Rusiya, Xəzər sahili digər qonşuları ilə, eləcə də Gürcüstanla konstruktiv əlaqələr saxlayır.

Üç ildir ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına malik bir ölkədir. Hökumət bəzilərinin “enerji tələsi” adlandırdığı tələyə düşməmək üçün bir sıra addımlar atmışdır, bu istiqamətdə Dövlət Neft Fondu vasitəsilə enerji gəlirlərini məharətlə idarə edir.

Azərbaycan hökuməti yeni biznes qeydiyyatını həyata keçirməklə biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmışdır. Demokratiya ənənəsi Azərbaycan həyatının əsas hissəsidir. Qısa müstəqillik tarixi ərzində Azərbaycan demokratik Konstitusiya qəbul etmişdir. Ölkə oktyabr ayında keçiriləcək prezident seçkilərində də demokratik ənənələrə sadiq qalacaqdır. Prezidentin Fərmanı ilə 2007-ci ilin dekabr ayında 5 jurnalistin həbsdən azad edilməsi faktını təqdirəlayiq hal hesab etmişik. ABŞ jurnalistlərin peşə və etik davranış qaydalarını təkmilləşdirmək istiqamətində Azərbaycanla birgə iş həyata keçirir. Bakıya sonuncu səfərim zamanı mən Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri ilə görüşdüm və onların vətənpərvərliyi və demokratiyaya sadiqliyi məndə böyük təəssürat oyatdı.

Ölkə parlamentinin bu yaxınlarda sərbəst toplaşmaq azadlığı ilə bağlı qəbul etdiyi yeni qanun da təqdirəlayiqdir.

Azərbaycanın üzləşdiyi ən böyük problemlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsidir. ABŞ, Rusiya və Fransa ilə birlikdə Minsk qrupunun həmsədrləri kimi problemin sülh yolu ilə həlli istiqamətində fəaliyyətini davam etdirir. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bildiririk ki, Dağlıq Qarabağın statusu danışıqlar yolu ilə, beynəlxalq hüququn prinsipləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir. İyunun 6-da Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü problemin həlli istiqamətində müzakirələrin davam etdirilməsi üçün irəliyə doğru atılmış vacib addımdır. Hər iki tərəf Minsk qrupu çərçivəsində danışıqların davam etdirilməsinə, eləcə də Təməl Prinsipləri əsasında münaqişənin sülh yolu ilə həlli istiqamətində müzakirələrin davam etdirilməsinə hazır olduqlarını bildirmişlər.

Yekun olaraq deməliyəm ki, Azərbaycanın öz iqtisadi və siyasi inkişafını sürətləndirmək, regionda yaxşı münasibətlər qurmaq istiqamətində uğurlarına əsaslanaraq, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək imkanı vardır.

Konqresdəki dinləmələr ABS-da yaşayan Azərbaycan icması tərəfindən birmənalı qarşılanmamışdır. Müzakirələri müşahidə edən Amerikanın Azərbaycan Cəmiyyətinin Vaşinqton üzrə təmsilçisi Bədir Məmmədli demişdir: “Müzakirələr seçki dairələrində erməni mənşəli əhali çoxluq təşkil edən konqresmenlərin qərəzli və reallığı əks etdirməyən, bəzən isə mətləbə aid olmayan çıxışları ilə yadda qaldı. Payızda keçiriləcək Konqres seçkilərinə hazırlıq mərhələsində bu Konqres üzvləri öz erməni seçicilərinin dəstəyindən çox asılıdır və verdiyi vədlərə sadiq olduqlarını nümayiş etdirməlidilər. Dinləmələrdə elə təssəvür yaratdılar ki, guya Ermənistanın bütün problemlərinin səbəbkarı Türkiyə və Azərbaycandır. Ermənsitanın işğalçı siyasəti haqda bir söz belə danışılmadı. Buna cavab olaraq ABŞ-dakı Azərbaycan icması bütün səylərini birləşdirib, fəallıqlarını artırıb Konqreslə maarifləndirmə işini davam etdirməlidir”.

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev isə, dinləmələrin müsbət tərəfini belə qiymətləndirmişdir: “Müzakirələr maraqlı idi və ABŞ-ın bölgəmizə ümumilikdə artan marağını nümayiş etdirirdi. İlk dəfə olaraq, Konqres dinləmələrində 907-ci maddənin tam ləğv edilməsi haqda çağırışlar səslənmişdir. Bu, onu göstərir ki, 90 illik erməni diasporunun gərgin işinə baxmayaraq, Azərbaycanı da Konqresdə artıq tanıyırlar və bilirlər. Dinləmlərin nəticəsi olaraq heç bir qərar çıxarılmır. Belə müzakirələr Konqres üzvlərini müəyyən mövzularla daha yaxından tanış etmək məqsədi güdür. Bu gün biz, bir daha anladıq ki, Konqreslə işimizi davam etdirməliyik və burada Azərbaycan və Dağlıq Qarabağ haqda həqiqətləri yaymaqda səylərimizi artırmalıyıq”.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub