ABŞ-nin dövlət katibi fevralın 28-də Qazaxıstana səfər edəcək
Bakı, 24 fevral, AZƏRTAC
ABŞ-nin dövlət katibi Entoni Blinken fevralın 28-də Qazaxıstana ilk rəsmi səfərini həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, Kazinform agentliyinin yaydığı məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Entoni Blinkeni qəbul edəcək. ABŞ-nin dövlət katibi, həmçinin ölkənin xarici işlər naziri Muxtar Tleuberdi ilə danışıqlar aparacaq.
Eyni zamanda, Astanada Entoni Blinkenin iştirakı ilə Mərkəzi Asiya ölkələrinin və ABŞ-nin xarici siyasət idarələri rəhbərlərinin 5+1 formatında görüşü keçiriləcək. Görüşdə Birləşmiş Ştatlarla tərəfdaşlıq və regional əməkdaşlığın gələcək inkişafına dair məsələlər müzakirə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]