ABŞ senatoru Krey Dids bıçaqlanmışdır
Vaşinqton, 20 noyabr (AZƏRTAC). ABŞ-ın görkəmli qanunvericilərindən biri, Virciniya ştatından senator Krey Dids noyabrın 19-da ağır bıçaq yaraları ilə təcili tibbi yardım xəstəxanasına çatdırılmışdır.
Polisin məlumatına görə, bıçaq zərbələrini ona mübahisə zamanı oğlu vurmuşdur. Başından və sinəsindən ağır yaralanan senatoru evinin yanındakı yolda yaxın qohumu aşkar etmişdir.
Vaşinqtonun 310 kilometr cənub-qərbində yerləşən Milsboro şəhərində baş vermiş hadisə yerinə gələn hüquq mühafizə orqanlarının nümayəndələri orada senatorun 20 yaşlı oğlu Ostin Didsin cəsədini aşkar etmişlər. Görünür, Ostin Dids polisin əlinə keçməmək üçün intihar etmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]