ABŞ və Rusiya Moskva ilə Kiyev arasında birbaşa danışıqların mümkünlüyünü müzakirə ediblər
Moskva, 26 aprel, AZƏRTAC
Rusiya və ABŞ Moskva ilə Kiyev nümayəndələri arasında birbaşa danışıqların bərpasının mümkünlüyünü müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof arasında Kremldə keçirilmiş görüşü şərh edərkən söyləyib.
Y. Uşakovun sözlərinə görə, söhbət üç saat davam edib, konstruktiv və faydalı xarakter daşıyıb və təkcə Ukrayna məsələsi ilə bağlı deyil, həm də bir sıra digər beynəlxalq mövzularda iki ölkənin mövqelərinin daha da yaxınlaşmasına imkan yaradıb.
“Ukrayna böhranına gəlincə, söhbət əsasən Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasında birbaşa danışıqların bərpasının mümkünlüyündən gedib”, – deyə Rusiya Prezidentinin köməkçisi bildirib.
O həmçinin qeyd edib ki, görüş rəmzi bir gündə, yəni nasizmə qarşı mübarizədə müttəfiqliyin simvoluna çevrilmiş sovet və ABŞ qoşunlarının Elbada tarixi görüşünün 80-ci ildönümündə baş tutub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]