ABŞ və Rusiya prezidentləri Macarıstanda görüşəcəklər
Vaşinqton, 16 oktyabr, AZƏRTAC
“Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığımız çox məhsuldar oldu”.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb. Onun sözlərinə görə, Putin ABŞ-ı Yaxın Şərqdə sülhün əldə edilməsinə nail olunması münasibətilə təbrik edib.
“Mən əslində inanıram ki, Yaxın Şərqdəki uğur Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün danışıqlarımıza kömək edəcək. Biz, həmçinin Ukrayna ilə müharibə bitəcəyi təqdirdə Rusiya ilə ABŞ arasında ticarət münasibətləri haqqında danışdıq. Zəngin sonunda biz razılaşdıq ki, gələn həftə yüksəksəviyyəli məsləhətçilərimizin görüşü olsun. Birləşmiş Ştatların ilkin görüşlərinə Dövlət katibi Marko Rubio və digər vəzifəli şəxslər rəhbərlik edəcəklər. Görüş yeri müəyyən olunacaq. Bundan sonra Prezident Putinlə mən razılaşdırılmış yerdə, Budapeştdə, Macarıstanda görüşəcəyik”, - deyə Tramp bildirib.
Dövlət başçısı telefon zənginin detallarını sabah Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə edəcəyini vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]
Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
- 03.10.2026 [11:20]
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq
- 03.10.2026 [08:53]
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
- 03.10.2026 [07:11]
ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]