ABŞ Yaxın Şərqdəki qoşunlarını qorumaq üçün tədbirlər görəcək
Bakı, 29 yanvar, AZƏRTAC
Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, Birləşmiş Ştatlar Amerika hərbçilərinə hücumlarla əlaqədar öz qoşunlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Qazeta.ru” saytı məlumat yayıb.
“İranın dəstəklədiyi qüvvələr ABŞ hərbi personalına qarşı davam edən hücumlara görə məsuliyyət daşıyır və biz ABŞ-ı və qüvvələrimizi lazımi vaxtda və lazımi şəkildə qorumaq üçün ciddi addımları atacağıq. ABŞ Yaxın Şərqdəki qüvvələrinə hücumlara dözməyəcək və hərəkətə keçəcək”, - dedi müdafiə rəisi bildirib.
Qeyd edək ki, yanvarın 28-də Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi ölüb, 20-dən çox əsgər yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]