ABŞERON RAYONUNDA MİLLİ QURTULUŞ GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Xırdalanda 15 İyun - Milli Qurtuluş gününə həsr edilmiş tədbir keçirilmişdir.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi önünə Abşeron rayon ictimaiyyəti adından tər çiçəklər qoyulmuşdur.
Sonra tədbir şəhər mədəniyyət sarayında davam etdirilmişdir. Şəhər İcra Hakimiyyətinin, bələdiyyələrin, idarə və müəssisələrin rəhbərlərinin, habelə Abşeron rayonu ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi bayram tədbirində əvvəlcə ylu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından bəhs edən sənədli nümayiş etdirilmişdir.
Sonra respublika incəsənət ustalarının iştirakı ilə bayram konserti olmuşdur.