ABXAZLAR KODORİ DƏRƏSİNDƏ GÜRCÜ POLİSİNİ ATƏŞƏ TUTMUŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, abxaz separatçıları gürcü-abxaz münaqişəsi bölgəsində, Kodori dərəsində keşik çəkən gürcü polis dəstəsini atəşə tutmuşlar.
Üç gürcü polisi yaralanmışdır. Onlardan birinin vəziyyəti ağırdır. Gürcü tərəfinin məlumatına görə, cavab atəşi nəticəsində abxaz separatçıları arasında yaralananların, hətta tələfatın olduğu bildirilir. Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili demişdir: “Kodori dərəsində törədilmiş fitnəkarlıq vəziyyəti kimin gərginləşdirməyə çalışdığını və müharibə istədiyini açıq-aydın əks etdirdi. Gürcülərlə abxazlar arasında baş vermiş toqquşma nəticəsində abxaz tərəfindən 4 nəfər həlak oldu. Gürcülər buraya BMT missiyasının xahişi ilə gəlib, ərazinin monitorinqi keçirilirdi və nəticədə abxaz tərəfinin qanunsuz məntəqəsi aşkar olundu”.
Gürcüstan daxili işlər nazirinin müavini Yekaterine Zğuladze jurnalistlərə demişdir: “Son bir həftə ərzində münaqişə bölgələrində fitnəkarlığın sayı artmışdır. Bu o deməkdir ki, sülh prosesini pozmaq məqsədi güdən müəyyən plan hazırlanır. Sülh proqramını sual altında qoymaq tamamilə yolverilməzdir. Bu fitnəkarlıqlar zamanı gürcü polisi özünü ələ almaqda və peşəkarlıqda fərqlənir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]