ACARISTAN ALİ SOVETİNƏ SEÇKİLƏR OKTYABRDA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Prezidentinin sərəncamına əsasən, növbəti çağırış Acarıstan Muxtar Respublikası Ali Sovetinə seçkilər bu il oktyabrın 4-də keçiriləcəkdir.
Acarıstanın hazırkı parlamentində 30 nəfər deputat vardır. Muxtar respublikanın yeni Konstitusiyasına əsasən, onların sayı 18 nəfərə endirilib.
Yeri gəlmişkən qeyd edək ki, Gürcüstan parlamenti deputatlarının sayı da bu il 235-dən 150-yə endirilmişdir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, Tbilisinin iki seçki dairəsində növbədənkənar majoritar deputat seçkiləri də oktyabrın 4-də keçiriləcəkdir. Məsələ burasındadır ki, bu il mayın 21-də keçirilmiş parlament seçkilərində paytaxtın Vake və Didube rayonlarından majoritar sistemdə deputatlığa namizədlərdən Birləşmiş müxalifətin nümayəndələri qalib çıxmışdılar. Lakin onlar mandatlarından imtina etmişlər. Buna görə də MSK həmin dairələrdə yenidən seçkilər keçirməyi qərara almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]