SİYASƏT
“Adjara P.S.” Ermənistanın Azərbaycana qarşı təxribatlarına dair faktları gürcü ictimaiyyətinə çatdırıb
![“Adjara P.S.” Ermənistanın Azərbaycana qarşı təxribatlarına dair faktları gürcü ictimaiyyətinə çatdırıb](/files/2016/1/1200x630/1459959025277340418_1200x630.jpg)
Tbilisi, 6 aprel, AZƏRTAC
Acarıstan Muxtar Respublikasının “Adjara P.S.” qəzeti Ermənistanın cəbhə xəttində Azərbaycana qarşı təxribatları ilə bağlı faktları gürcü ictimaiyyətinin diqqətinə çatdırıb.
Qəzetdə dərc olunan məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışına yer verilib.
Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğunun məlumatına
görə, məqalədə Xarici İşlər Nazirliyinin cəbhədə yaranmış son gərginliklə əlaqədar bəyanatı, eyni zamanda, baş konsul Rəşad İsmayılovun müsahibəsi də yer alıb.
Müsahibədə BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qətnamələrinə məhəl qoymayan Ermənistanın silahlı qüvvələrinin cəbhə xəttində Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi təxribatlar, atəşkəsə əməl etməməsi pislənilib. Həmçinin dünya ictimaiyyəti baş verən hadisələrə biganə qalmamağa, Ermənistan dövlətinin apardığı təcavüzkarlıq siyasətinə son qoymaq üçün tədbirlər görməyə çağırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi