ADNSU-nun tələbələri Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “SABAH” qruplarının proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alan tələbələri Sumqayıt Kimya Sənaye Parkının Tədris mərkəzində olublar.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə mərkəzin əməkdaşları Kimya Sənaye Parkında olan müəssisələr və onların fəaliyyəti haqqında geniş təqdimatla çıxış ediblər. Sonra tələbələr sənaye parkında cihazların kalibrləmə proseduru ilə tanış olublar.