ADPU-da Xocalı faciəsinin 31-ci ildönümü qeyd olunub
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) və Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “XX əsrin faciəsi” adlı tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan ADPU THİK sədri dosent Vurğun Məmmədov Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində universitet daxilində həyata keçiriləcək layihələrdən danışaraq, faciə qurbanlarının əziz xatirəsinin hər birimizin yaddaşımıza əbədi həkk olunduğunu bildirib.
V.Məmmədov ermənilərin Xocalıda törətdikləri qətliam haqqında ətraflı söz açıb.
ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixinin tədrisi texnologiyası kafedrasının baş müəllimi Taleh Cəfərov Xocalı faciəsinə tarixi aspektdən yanaşaraq, mənfur qonşularımız tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulduğunu, Azərbaycana qarşı misli görünməmiş soyqırımı aktının törədildiyini qeyd edib.
Görüş diskussiya ilə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
- 05.06.2026 [16:14]