İQTİSADİYYAT
ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən noyabr ayında həyata keçiriləcək vətəndaşlarla görüş tarixi dəyişdirilib.
ADSEA-dan AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciəti noyabrın 26-da Cəlilabad rayonunda dinləniləcək.
Qeyd edək ki, vətəndaş görüşü Cəlilabad rayonunda Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri üçün nəzərdə tutulub.