Azərbaycan Dövlət İnformasiya Agentliyi

Afaq Məsudun “Azadlıq” romanı Rusiya mətbuatında

Bakı, 24 oktyabr, AZƏRTAC

Tanınmış yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsudun ötən il Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabı Rusiya ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Kitaba daxil edilən əsərlər - “Azadlıq” romanı və hekayələr haqqında Rusiya mətbuatında təhlili yazılar və resenziyalar dərc olunub. Rusiyanın aparıcı mətbu orqanı olan “Literaturnaya qazeta”nın bugünkü nömrəsində yazıçı ilə, onun düşüncə mənzərəsini daha dolğun əks etdirən geniş müsahibə dərc edilib. “Azadlığın mistik sirri” başlığı altında dərc edilmiş müsahibədə “Azadlıq” romanının təhlili ilə yanaşı, Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi və digər məsələlər barədə yazıçının baxışları yer alır. AZƏRTAC müsahibəni təqdim edir.

- Afaq xanım, müəllifi olduğunuz “Seçilmiş əsərlər” (“Azadlıq” romanı və hekayələr) kitabında bu və ya digər dərəcədə təhtəlşüurla bağlı mövzulara toxunulur. Sizcə, təhtəlşüur və azadlıq məsələləri bir-birilə nə dərəcədə əlaqəlidir? Yəni, insan öz təhtəlşüurunda belə, azad olmaya bilərmi? Ümumiyyətlə, azad olmaq mümkündürmü?

- Düşünürəm, bu, insanın əzəli yaradılışı ilə bağlı sonsuz araşdırmalara ehtiyacı olan əbədi mövzulardan biri - ən sirlisi və müəmmalısıdır. Quranda Uca Tanrının insana belə bir ünvanlanması var: “Mən səni azad yaratdım…”. Bu kəlam sözsüz ki, ilkin yaradılmış insana - Adəm və Həvvaya ünvanlanıb. Lakin insanlıq tarixi, hadisələr, sənədlər və faktlar, eləcə də reallıq və həyat göstərir ki, həmin bu azad yaradılmış insan əsrlərboyu heç cür azad ola bilməyib və bilmir. Düşünürəm ki, bunun ilkin səbəbi bütün dini və səmavi kitablarda təsvir olunan həmin o taleyüklü məqam - İnsanın öz tamahının bəlasına düşməsi və cənnətdən qovulmasıdır. Qalan digər bəlalar, eləcə də uğrunda min illərlə mübarizə aparılsa da, heç cür əldə olunmayan azadlıq problemi, düşünürəm, buradan başlayır. Tamah, onun usanmaz iştahıyla maddiyyatın ən alçaq qatlarına sürüklənən insan, ona özü və dünya haqqında təlqin olunan qurama təsəvvürlər, yanlış arzular, bu bitib-tükənməz, çox vaxt lüzumsuz arzu-istəklər burulğanıyla ömrün sonuna doğru üst-üstə qalanan səhvlər və günahlar, qalın-qalın hesabat dəftərçələri və sair və ilaxır.

Nə qədər qəribə də olsa, qərinələr, əsrlər ötsə də, sivil insan ruhi yaddaşı, təhtəlşüuru etibarilə həmin cənnətdən qovulmuş insandır. Onun real həyatda iştirakını, düşüncə və hərəkətlərini şərtləndirən, qarşılaşdığı ədalətsizliklər və anlaşılmazlıqlar ilğımında axtardığı və heç cür əldə edə bilmədiyi “azadlıq haqqı”nın tarixçəsi, məncə budur. Görünən də budur ki, tarixboyu Yer üzünün bütün millətləri və xalqları demokratik dəyərlər, azad cəmiyyət, işıqlı azadlıq idealları uğrunda mübarizə aparsalar da, bunu insan həyatının ən ali dəyəri, insanlıq haqqı hesab etsələr də, son nəticədə heç nə hasil olunmayıb. Nə toplum halında, nə fərdi şəkildə. Yəni bu, min illərlə belə olub, düşünürəm, belə də olacaq. Bu məsələyə daha dərindən yanaşanda izaholunmaz, mistik bir həqiqətin astanasına çatmış olursan. Belə ki, həmin bu azadlığın nə demək olduğunun, kainatı, onun sərhədlərini təsəvvürə gətirmək qədər yasaq, mümkünsüz bir mətləb olduğunun acı həqiqətini anlayırsan. Düşünürəm, bu, ilahi bir maneə, ali hökmdür. Əgər insan, hər şey bir yana qalsın, ölümlüdürsə, qocalığa, xəstəliyə məhkumdursa, haqqında, demək olar, heç nə bilmədiyi bədəninin halından, daxili orqanlarının, əzalarının vəziyyətindən, havanın temperaturundan və sairdən asılıdırsa, hansı azadlıqdan danışmaq olar? Bunu da nəzərə alsaq ki, kainatın özü belə azad deyil, bütün ulduzlar, Günəş sistemləri, qalaktikalar və planetlər hansısa qəbul olunmuş, düşünülmüş, vahid sistem üzrə hərəkətlənməyə davam etməkdədirsə, bütün bu möhtəşəmliyin miqyasında toz nisbətində belə olmayan insanın axtardığı nədir?

- “Azadlıq” romanı Azərbaycan tarixində baş vermiş hadisələrə Sizin baxışınızı əks etdirir? Yoxsa sizi yuxugörmənin müəmması maraqlandırır? Əsər insanın, həmin bu sirli, izaholunmaz yuxu aləmi qarşısında acizliyi məsələsində hər hansı sosial status, yaxud ictimai mövqedən asılı olmayaraq, bərabər olduğunu parlaq şəkildə nümayiş etdirir.

- “Azadlıq” tarixi-psixoloji roman kimi qəbul olunur. Onu belə də səciyyələndirmək olar. Ötən əsrin 80-ci illərinin ortalarında Azərbaycanda baş verən siyasi-ictimai hadisələr, öz müstəqilliyi uğrunda ayağa qalxan xalq kütlələri, “Azadlıq” meydanında baş verənlər, savadsızlığı və təcrübəsizliyi ucbatından ölkəni uçuruma sürükləyən oyuncaq hökumət, qurama dövlət təmsilçilərinin xalqın gözü qarşısında sərgilədiyi tragikomik macəralar və sair və ilaxır.

Roman insan azadlığı, siyasi-ictimai, sosial azadlıqlar problemi, meydan hərəkatı və sair baxımından bu gün dünyanın bir çox ölkələrində baş verən hadisələrlə səsləşməyə davam edir və hər ölkədə maraqla qarşılanır. Bu, əsərin birinci, yəni, üst qatıdır. Lakin əsərin digər qatları da var. Bayaq haqqında danışdığımız həmin azadlıqsızlıq, insanın nəinki real həyatda, hətta heç kimin müdaxilə edə bilmədiyi tənha yatağında, bu yataqda yatıb gördüyü yuxularında belə azad olmaması, insanın öz iradəsindən asılı olmadan, sirli yuxu ərazilərində, təhtəlşüurunun gizli labirintlərində baş verən hadisə və situasiyaların iştirakçısına çevrilməsi və sair, ictimai həyatda, gerçəklikdə axtarılan bu problemin kökünün daha dərində olduğunu bildirir.

Qəribədir ki, bu mövzu, yəni, insanın azadsızlığı, eləcə də yuxu və təhtəlşüur xətti mənim, demək olar, bütün əsərlərimdən bu və ya digər mənada keçir. Ən erkən hekayələrimdə belə. “Azadlıq”da bu mövzu daha fundamental şəkildə - bütöv tarixi mərhələnin fonunda araşdırılır. Bu, düşünülmüş şəkildə qurulmayıb, əsər özü belə alınıb. Ötən əsrin 80-ci illərində şahidi olduğum məlum siyasi hadisələr, məni hər zaman narahat edən yuxu əraziləri bu əsərdə, necəsə öz-özünə, mistik bir uyarlıqla uzlaşıb və düşünürəm, romana uğur gətirən başlıca səbəb məhz budur. Meydanlara “Azadlıq!” şüarıyla axışsalar da, əslində, bunun nə olduğunu bilməyən insan kütlələri, insan mövcudluğu ilə bağlı elmi araşdırmalarıyla, özü də bilmədən, hansısa toxunulmaz, yasaq ərazilərə daxil olan və oradaca qətlə yetirilən Akademik, öz təhtəlşüurunda azmış General, bu adamları sirli yuxu burulğanlarından xilas etməyə çalışan, lakin özü də oralara sovrulan psixiatr Veyisov... Bu, həmin o ərazilərdir ki, heç bir siyasi, yaxud sosial status, iyerarxik dərəcə, nüfuz və sair tanımır. Orada hamı bərabərdir.

- Sovet dövrü ilə müqayisədə müasir Azərbaycan ədəbiyyatının vəziyyətini necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycanda güclü ədəbiyyat yaranır. Bu, özünü daha çox orta nəsil təmsilçilərinin, eləcə də gənc yazıçıların yaradıcılığında büruzə verir. Azərbaycan ədəbiyyatı üzü qədimdən bəri dünya fikir xəzinəsinə istər keyfiyyət, istərsə də kəmiyyət baxımından misilsiz bədii söz dəfinəsi bəxş edib. Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimidən başlayan nurlu yol bu gün də davam edir. Sözsüz ki, sovet ideologiyası digər keçmiş MDB xalqları ədəbiyyatlarına olduğu kimi, Azərbaycan ədəbiyyatına da təsirsiz ötüşməyib. Bir çox istedadlı qələm adamı tərəfindən xeyli sayda saxta ideoloji əsərlər yaradılıb. Lakin həmin dövrlər heç bir rejimə baş əyməyən ciddi ədəbiyyat da yaranıb. Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Hüseyn Cavid, Əliağa Vahid, Mikayıl Müşfiq, Mir Cəlal, Ənvər Məmmədxanlı, Məmməd Araz, Musa Yaqub, İsa Hüseynov, Sabir Əhmədov kimi şair və yazıçılar bütün rejimlərin fövqündə misilsiz əsərlər yazıb-yaradıblar. Bu proses bu gün də davam etməkdədir və mənzərə onu göstərir ki, bu torpağın söz toxumu bəhrəlidir və o, dünyaya çoxlu sayda qidalı barlar verəcək.

- Siz Markes, Vulf, Kortasar, Borxes kimi yazıçıların əsərlərini tərcümə etmisiniz. Hansı əsəri tərcümə edərkən daha böyük çətinliklərlə üzləşmisiniz və niyə?

- Mənim üçün ən çətini Markesin “Patriarxın payızı” olub. Bu əsər, yəqin ki, oxumusunuz, dolama-dolaşıq, fantasmaqorik təsvirlərin, hadisə və situasiyaların, duyğu və fikirlərin bəzən bir, bəzən iki səhifəyə sığan cümləyə yerləşdirildiyi, təhkiyə və dil baxımından hədsiz ağır və qəliz bir əsərdir və təbii ki, tərcümə də kifayət qədər çətinliklər yaradır. İlk baxışda, heç bir məntiqə, ənənəvi dünyagörümünə dayaqlanmayan spontan fikir və duyğu axını, keçmişlə reallıq arasında sərhədlərin itirilməsi və sair tərcüməni, nəinki mətnin, yazıçının səhifədən-səhifəyə gözlənilməz qəfilliklə dəyişilən halının mümkün dəqiqliklə ifadəsi baxımından da çətinləşdirir. Tərcümə zamanı bəzən məndə belə bir təəssürat yaranırdı ki, Markes bütün bu mürəkkəbliyi, fikir və təsvir dolaşıqlığını düşünülmüş halda özü qurub. Oxucunu virtuoz ustalığıyla, söz və fikir naxışlarıyla toxuduğu toruna salıb başını gicəlləndirmək, dünyanın gözlə görünən bu yeknəsəq sosium yox, insan şüurunun dərk etmək, hər hansı məntiq donu geyindirmək iqtidarında olmadığı, sirlər və şifrələr dolu dərkedilməz, mistik aləm olduğunu anlatmaq məqsədi ilə edib.

- Baxışlarınızın formalaşmasında kimin təsiri daha çox olub? Rus klassiklərindən hansı sizə daha yaxın və maraqlıdır?

- Elə bilirəm, böyük rus ədəbiyyatının nəinki mənə, bütün dünya yazıçılarına böyük təsiri olub. Qoqolu, Dostoyevskini, Çexovu oxumadan insan, onun xisləti haqqında mükəmməl təsəvvür əldə etmək çətin olardı. Onlar müəllimlərdir. İnsan qəlbinin gizlinlərini, iç dünyasını mikroskopik şəkildə, az qala, toxuma səviyyəsində araşdırmağa müvəffəq olmuş bu dahilər dünya fikir xəzinəsinə misilsiz töhfələr veriblər. Lakin bu, yolun sonu deyil. Yəni, söhbət ədəbiyyatdan, böyük və şəfqətli ədəbiyyat yolundan gedir. Bu yolun - yəni insan, dünya, mövcudluq sirrinin araşdırılması yolunun sonu, qurtaracağı yoxdur. Sufilər demişkən: “İnsan min il də yaşasa və həmin o min il həqiqəti dərk etməyə çalışsa, buna gücü yetməyəcək”. Əlbəttə, dünya ədəbiyyatı tarixində “fəth olunmuş ərazilər”dən sonra gələnlər də var və hər kəs yol üzrə öz qabiliyyəti və fəhmi müqabilində irəliləyir, insan nəfəsi dəyməyən, fikir qarmağının toxunmadığı yeni əraziləri aşkarlayır. Beləcə, yol sonsuzluğa qədər uzanır. Bu, ciddi ədəbiyyat yoludur və onun sonu, qurtaracağı yoxdur. Bu mənada, “ədəbiyyatda yeni heç nə yoxdur, bu gün yazılanlar nə vaxtsa yazılanların ayrı şəkildə təkrarıdır”, - deyənlər səhv edirlər. İnsan əlinin cizgiləri, qar dənəciklərinin naxışları bir-birini təkrarlamadığı kimi, görüm, duyum və fikir yarılmaları da bir-birini təkrarlamır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub