Ağcabədidə qanvermə aksiyası keçirilib
Ağcabədi, 3 avqust, AZƏRTAC
Ağcabədi rayon mərkəzi xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri, gənclər könüllü iştirak ediblər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.