Ağcabədinin ümumtəhsil məktəbləri arasında keçirilən futbol turnirinin qalibi məlum olub
Ağcabədi, 21 oktyabr, AZƏRTAC
Ağcabədi rayon ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən futbol turnirinin qalibi məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində keçirilən turnirdə 11 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçən turnirdə Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin komandası birinci, 1 nömrəli tam orta məktəbin komandası ikinci, 2 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.
Qalib komandalara diplomlar təqdim olunub.