Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO
Naxçıvan, 15 iyun, AZƏRTAC
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Babək rayonunun Şıxmahmud kəndi ərazisində qeydə alınıb. Belə ki, “71-BB-807” və “67-BF-127” dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində Amid Cəfərov və İsgəndər Hüseynov xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.
Müxbir- Nail Əsgərov