Ağdamda kartof, tərəvəz və bostan bitkilərinin əkin sahələri artıb
Ağdam, 11 may, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda yaz-tarla işləri davam etdirilir. Rayonun fermerləri və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 6043,2 hektar sahədə yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 1005 hektarı çoxillik otlar, 351 hektarı kartof, 1907 hektarı tərəvəz, 533 hektarı şəkər çuğunduru, 92 hektarı bostan bitkiləridir.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz əkinləri 6,6 faiz, kartof əkini 0,9 faiz, bostan bitkiləri əkini 2,2 faiz artıb. Tərəvəz əkininin 105 hektarı pomidor və xiyar, 1771 hektarı baş soğan, 13 hektarı kələm, 6 hektarı badımcan, 5 hektarı bibər, 7 hektarı sarımsaqdır.
Hazırda rayonda yazlıq bitkilərin, o cümlədən pambıq əkini davam edir, ötən ilin payızında səpilmiş taxıl əkinlərində sonuncu suvarılma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]