Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağgöl Milli Parkında baş verən qanunsuzluqlarla bağlı yayılan xəbərlər əsassızdır

Bakı, 8 fevral, AZƏRTAC

Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşən Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi, köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Dərinliyi 0,5-2,5 metr arasında dəyişir. Göl əsasən qamışlıqlarla əhatə olunub. Ağ gölün suyunun səviyyəsi yay mövsümündə azalaraq, ən aşağı həddə çatır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeridir. Gölün qorunmasında ilk addım 1964-cü ildə 9173 hektar sahədə Ağgöl Dövlət Təbiət Yasaqlığı yaradılarkən atılıb. 1978-ci ilin martın 2-də gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilib və Ağgöl Dövlət Təbiət Qoruğu yaradılıb. 2003-cü ilin iyulun 5-də Azərbaycan Respublikası Prezidentinin 1298 nömrəli Sərəncamı ilə Ağgöl Dövlət Təbiət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılıb və ərazi Milli Park elan edilib. Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir. Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.

Ağgöl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s. yayılıb. Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir. Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi su ilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yayılıb.

Ağgöl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı, fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşıb. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin güclü populyasiyasına təsadüf olunur.

Milli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır.

Son dövrlər mətbuatda Ağgöl Milli Parkın ərazisində qanunsuzluqların baş verməsi, brakonyerlik haqqında xəbərlər dərc olunur. Yayılan məlumatların doğruluğunu yoxlamaq məqsədilə fevralın 7-də jurnalistlərin iştirakı ilə Ağgöl Milli Parkına baxış keçirilib. Milli Parkın ərazisində təşkil edilmiş mühafizə işləri, fauna və floranın qorunması üçün görülən tədbirlər dərc olunan xəbərlərin əsassız olduğunu sübut edir.

Xəbər verildiyi kimi, ötən həftə Bakı şəhər sakini tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə könüllü olaraq təhvil verilmiş 8 baş ceyran da artıq tarixi areallarına - Ağgöl Milli Parkına köçürülüb. Onların mühafizəsi də yüksək səviyyədə təşkil edilib.

Ağgöl Milli Parkının rəhbəri Loğman Mehdiyev AZƏRTAC-a müsahibəsində milli parkın yaranma tarixindən danışaraq bildirib ki, burda 100-ə qədər bitki, 21 balıq, 30 məməli, 4 suda-quruda yaşayan, 18 sürünən və 300-dən çox quş növü qeydə alınıb. Qırmızı Kitaba düşmüş 72 növ quşdan 36 növü milli parkın ərazisindədir. Hər il Ağgöl Milli Parkında 500 minə qədər quş qışlayır, 100 minə qədəri də yumurta qoyub nəsil artırır. IDEA İctimai Birliyinin təşəbbüsü ilə Ağgöl Milli Parkının təbiəti haqqında “Quşlar cənnəti Ağgöl Milli Parkı” adlı sənədli film çəkilib və ictimaiyyətə təqdim olunub.

Milli Parkın mühafizə məsələsinə toxunan L.Mehdiyev işçilərlə yanaşı, əsasnaməyə əsasən ehtiyac olduqda yeni əməkdaşların cəlb olunduğunu və aparılan maarifləndirmə işlərinin nəticəsində həmsərhəd ərazilərdə yaşayan əhalinin də mühafizədə köməklik göstərdiyini vurğulayıb. Daha sonra o, 24 saat fəaliyyət göstərən 5 postun olduğunu və cari ildə də qarşıda duran əsas məsələnin milli parkın mühafizəsini daha da yüksək səviyyədə təşkil edilməsinin olduğunu qeyd edib.

Milli parkın rəhbəri bildirib: “2010-cu ildən başlayaraq müxtəlif dövrlərdə 21 baş ceyran Ağgöl Milli Parkının ərazisinə buraxılıb. Son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə daha 11 baş ceyran milli parkın ərazisinə köçürülüb və hazırda milli parkın ərazisində 62 baş ceyran var. Sonuncu dəfə isə 8 baş ceyran əslən Laçın rayonundan olan bir şəxs tərəfindən könüllü olaraq nazirliyə təhvil verilib. Həmin ceyranlar Şirvan Milli Parkından Ağgöl Milli Parkına köçürülüb. Ceyranların artması üçün Ağgöl Milli Parkının ərazisində münbit şərait var. Layihənin əsas məqsədi ceyranların tarixi ərazilərinə köçürülməsidir”.

“Ötən il Ağgöl Milli Parkın ərazisində16 qanun pozuntusu qeydə alınıb və 16 min 500 manat cərimə tətbiq edilməklə 545 man təbiətə dəymiş ziyan hesablanıb və ödənilməsi təmin edilib. Əsasən İraq və Suriyadan olan 9 nəfərin milli parkın ərazisində ova təşəbbüs etməsi mühafizə işçiləri tərəfindən vaxtında aşkar edilib və hərəyə 2 min manat olmaqla 18 min manat cərimə tətbiq edilib”, - deyə L.Mehdiyev AZƏRTAC-a müsahibəsində bildirib.

Son olaraq milli parkın rəhbəri mediaya səslənib: “Mətbuatda milli parkın ərazisində qanunsuzluqlar haqqında xəbərlər dərc olunur. Böhtan xarakterli yazılar xüsusi maraq güdür. Əllərində milli parkdakı qanunsuzluqlar haqqında məlumatlar olduğunu deyən şəxslər xəbərlərin dərc olunmaması üçün müəyyən tələblər irəli sürürlər. Həmin şəxslərə qarşı mübarizə aparırıq. Ağgöl Milli Parkı Qarabağ bölgəsinin yeganə milli parkıdır. Hər birimizin borcu milli parkın təbiətini qorumaq və onun mühafizəsini yüksək səviyyədə təşkil etməkdir. Həmsərhəd ərazilərdə yaşayan əhalini bizə kömək etməyə dəvət edirəm. Media nümayəndələrinə isə qərəzli yazılardan əl çəkməyi tövsiyə edirəm”.

Mətbuatda yalan məlumatlar dərc edərək yayan media nümayəndələrinin adına “qara ləkə” olan həmin şəxslərin öz sıralarımızdan təcrid olunması üçün çalışmalıyıq. Çünki əsası olmayan xəbərlər və şayiələrlə ictimaiyyətin fikrini yanlış istiqamətə yönləndirən şəxslərin sayəsində əhali təbiətin mühafizəsi sahəsində görülən işlərdən və onların uğurlu nəticələrindən xəbərsiz qalır. Jurnalistlər Milli Parkda qurulan infrastruktur və həyata keçirilən tədbirlər nəticəsində Ağgöl Milli Parkının ərazisində məskunlaşan heyvan və quşların təhlükəsiz yaşamının təmin edilməsinə tam əmin oldular.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib