Ağstafada xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir - Fərqliyik, bərabərik
Ağstafa, 3 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazax-Tovuz Regional Mədəniyyət və Təhsil idarələrinin təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar inklüziv və fərdi təhsilə cəlb olunan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Fərqliyik, bərabərik” adlı bədii-əyləncəli tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirələri anılıb, Dövlət Himni səsləndirilib.
Çıxışlarda ölkəmizdə uşaqların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu, onların milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüdüyü vurğulanıb. Qeyd olunub ki, sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və cəmiyyətə fəal inteqrasiyası da yüksək səviyyədə təmin olunur.
Tədbir bədii hissə ilə davam edib.