Ağsuda payızlıq taxıl əkini davam edir
Ağsu, 17 noyabr, AZƏRTAC
Taxılçılıq Ağsu rayonunda aqrar sektorun aparıcı sahələrindəndir və hazırda bütün ərazilərdə payızlıq əkin kampaniyası sürətlə davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 44 min 500 hektarda payızlıq taxıl əkini gözlənilir. Hələlik 16 min 230 hektarda səpin aparılıb. Hazırda hər gün sahələrə 50 səpin aqreqatı çıxarılır. Əkində yerli şərait üçün daha sərfəli olan “Aran”, “Qobustan”, “Qızıl buğda”, “Qırmızı gül” buğda, “Ləyaqətli”, “Qüdrətli”, “Qarabağ-19” arpa toxumlarından istifadə olunur.
Rayonun şimal dağlıq əraziləri olan Kalva, Nuran icra nümayəndəliklərində səpin başa çatıb. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, dağətəyi ərazilər olan Gəgəli, Bico, Qəşəd, Ləngəbiz, habelə cənub ərazilər olan Kəndoba, Cəlayır, Ərəbmehdibəy və digər icra nümayəndəliklərində əkinin tezliklə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.
Qeyd edək ki, rayonda ilkin səpin aparılan 3000 hektaradək sahədə normal çıxış alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]