Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Tofiq Hacıyev və ortaq türk dili ideyası

Akademik Tofiq Hacıyev və ortaq türk dili ideyası

Bakı, 23 noyabr, AZƏRTAC

Ortaq türk dili ideyası xeyli vaxtdır gündəmdədir. Bu ideyanı dəstəkləyənlərdən biri də mərhum akademik Tofiq Hacıyev olub. AZƏRTAC bununla bağlı filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın qeydlərini təqdim edir.

Bəzən insan özünü milyonların içərisində tənha, kimsəsiz hiss edir. Bəzən də insan cəmiyyətdən uzaq bir dağ başında, dərə döşündə qəlbinə yatan, onu anlayan, bir sözlə, insanlığa qiymət verən bir kəslə üz-üzə olanda özünü qaynar bir cəmiyyətin içində hiss edir, qəlbini fəxarət hissi bürüyür.

Qarşında duran şəxsin məqsədi, eşqi, amalı Vətən, dil, millət, haqq-ədalət olanda isə ona inam, etibar, güvən daha da çoxalır, bu cür insanları böyüdüb boya-başa çatdırdığı üçün sənə əbədi məkan olan yurdunla, məkanınla fəxr etməyə bilmirsən.

Yurduna, elminə layiqincə xidmət edən, otuzdan çox elmlər namizədi, ona yaxın elmlər doktoru-alim yetişdirən, “Mirzə Kazım bəyi 215 ildən sonra öz ana dilində” danışdırmağa ilk təşəbbüs göstərən, üç il əvvəl dünyadan köçən akademik Tofiq İsmayıl oğlu Hacıyev belələrindən idi, başqa cür desək, belələrinin mogikanı sayıla bilərdi.

Qarşılaşdığı gənclərin ilk gündən elminə, dünyagörüşünə, dilinə, millətinə sevgisinə, bacarığına xüsusi önəm verən bu millət fədaisi öz arzusuna çatmağa can atanlara kömək göstərməyi heç zaman unutmadı, bunu öz amalına, əqidəsinə, əxlaq kodeksinə çevirdi. Onun qayğısı sayəsində öz əlçatmaz arzusuna qovuşanlardan da biri mənəm. Otuzdan çox elmi kitabın, ondan çox tərcümə kitabının, xarici ölkələrdə nəşr olunan 40 əsərin, yüzlərlə məqalənin müəllifi olan akademik Tofiq Hacıyevin elmi yaradıcılığının əsasını türk dilinə, onun problemlərinə həsr olunmuş əsərləri təşkil edir.

Akademikin türkologiya, türk dilləri, ortaq ünsiyyət dili ilə bağlı məqalələrindən birincisi “Azərbaycan gəncləri” qəzetinin 1970-ci il 12 fevral nömrəsində dərc olunan “İstedadlı türkoloq” məqaləsidir. Məqalədən də görünür ki, o hələ gənc yaşlarından türkologiya ilə dərin maraqlanmış, bu sahədə çalışan alimlərin yaradıcılığına xüsusi diqqət yetirirdi. Bunun ardınca akademik türkologiya məsələləri ilə dərindən və mütəmadi məşğul olur, bir-birinin ardınca “Biz Mirzə Kazım bəyi yaxşı tanıyırıqmı?” (“Ədəbiyyat və incəsənət”, 27 noyabr 1987), “Dilimizin tarixi: onu yaxşı bilirikmi?” (“Azərbaycan gəncləri”, 20 aprel 1989), “Bugünkü türk kitabları” (“Ədəbiyyat” qəzeti, 10 may 1991), “Türkoloji qurultay: gündəliyi və problemlərinin taleyi” (“Ədəbiyyat qəzeti”, 18 noyabr 1996), “Birinci Türkoloji Qurultayda ədəbi dil məsələsi (“Ədəbiyyat” qəzeti, 16 dekabr 2015), “Türk dilində sözün morfoloji inkişafı (Türk dillərinin leksik-morfoloji inkişafı)” (ADU nəşri, 1981, səh 15-25) və digər məqalə və kitablarını çap etdirib. Bütün əsərlərində türkdilli xalqlar üçün ortaq türk dili məsələsini qabardan akademik fikirlərinə “Türklər üçün ortaq ünsiyyət dili” əsərində sanki yekun vurub, öz fikirlərini bu kitabda əks etdirib. Bu əsərin əsas mövzusu dünyada yaşayan türklərin bir-birilərini aydın başa düşmələri, eyni zamanda, onları həm də qırılmaz tellərlə bir-birinə bağlayan ortaq ünsiyyət dili olan türk dili məsələsidir.

Kitabın “Ön söz yerinə” adlanan giriş bölməsi ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin bu cümlələri ilə başlayır: “Müasir türk dünyası yeni yüksəliş mərhələsini yaşayır. Bu gün suverenlik əldə etmiş gənc türk cümhuriyyətlərinin bir sırada inamlı addımları türk dünyasının xoşbəxt sabahından xəbər verir”.

Müəllif qeyd edir ki, “Türk ölkələrinin Rusiya tərəfindən işğalına qədər türk xalqları arasında anlaşma problemi olmamışdır”. Lakin türkdilli ölkələrin rus imperiyası tərəfindən işğalından sonra bu qardaş, dili bir, dini bir millətlər arasında süni uçurumlar yaranmağa, onlar arasındakı sıx əlaqələr zəifləməyə başlamışdır.

Akademik bu məsələ ilə bağlı Engelsin Marksa yazdığı məktubunda öz əksini tapan fikirləri nümunə göstərir: “Engels fikrinə belə şərh verir ki, məsələn, Almaniyada, İngiltərədə, Fransada hər millət öz etnik atributları ilə yaşayır, ancaq Rusiyada hamı rus kimi yaşamalıdır. Və bu ruslaşdırma siyasəti əksəriyyəti rus imperiyasında yaşayan türklərin anlaşma rahatlığını pozdu”.

Görkəmli alimin özü türk xalqlarının başına gətirilən müsibətlər, onların anlaşma rahatlığının nə zamandan pozulduğunu çox gözəl bilirdi. Lakin bu həqiqəti öz dili ilə özü ifadə etmək istəmirdi. Çünki bu fikrin öz yurdunu və dilini sevən bir türkoloq tərəfindən söyləndiyi üçün onun yanlış yozulacağından ehtiyat edirdi. Ona görə də öz fikrini və münasibətini Marksın fikirləri ilə ifadə edir, yüz illərlə yaşadığımız bu müstəmləkə acısı və həsrət hissinin haradan və nə vaxtdan başlandığını dolayısı ilə olsa da, gələcək nəsillərə çatdırırdı.

Akademik bu məsələdə XIX əsrin 80-ci illərində Krım-tatar ideoloqu İsmayıl bəy Qaspıralının türk birliyi üçün “İşdə, fikirdə, dildə bir” ideyasını rəhbər tutaraq, türk xalqları arasında digər əlaqələrin başlanğıcının da bu ideyadan qaynaqlandığını ilk dəfə olaraq irəli sürdü. Alim bir olmağın, birləşməyin, böyük bir xalqın (eyni zamanda, bütün türk xalqlarının) taleyinin gələcəkdə yalnız bu birlikdən asılı olduğunu dəlillərlə sübut edir. Müəllif bununla bağlı yazır: “XX əsrin əvvəllərində Azərbaycanda Əli bəy Hüseynzadə (Turan), Türkiyədə Ziya Göyalp bu ideyanı yaşatdılar və inkişaf etdirdilər. Əlbəttə bir olmaq, bir məsləkə qulluq etmək yolunda bir dildə ünsiyyət saxlamağın, həqiqətən, böyük əhəmiyyəti var. Bu birlik ideyası ortaq türk dili ideyasını yaratdı. Bu məsələ müzakirə oluna-oluna, çözülə-çözülə sovetlərə qədər uzandı. 1926-cı il Bakı Türkoloji qurultayında gündəliyə düşdü, 1937-ci il repressiyasından sonra qəti olaraq dayandı. Bir də Sovet İttifaqı dağılandan sonra, müstəqil türk dövlətlərinin yaranması ilə Türkiyədə Uluslararası türk dili qurultaylarında bu mövzu yenidən qaldırıldı”.

Tofiq Hacıyev illərdən bəri öz dilinin, xalqının, yurdunun böyüklüyünü bütün dünyaya bəyan etmək, göstərmək və sübut etmək istəyib. Mahmud Kaşğari, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı və Ziya Göyalp kimi şəxsiyyətlərin arzularının davamçısı, vərəsəsi kimi çıxış edir, bu işi başa çatdırmağı özünün bir vətəndaş, türklük borcu sayırdı. Bu ideyanı həyata keçirməyi özünün şərəfli vəzifəsi hesab edir, müxtəlif türk xalqlarının nümayəndələri ilə türk dili ilə deyil, başqa bir xarici dillə ünsiyyət qurmağı hər bir türk üçün həqarət sayırdı. O, Mahmud Kaşğarinin “Türkün ürəyinə girmək üçün onunla onun dilində danışmaqdan başqa yol yoxdur” fikrini əsas tutaraq yazırdı: “Müxtəlif coğrafiyalardan olan türkün türkcə danışmasında xüsusi bir mənəvi-psixoloji hissiyyat, doğmalıq duyulur”.

Görkəmli türkoloq yaşadığımız dövrdə türk xalqlarının inkişafi, dil birliyi üçün hər cür şəraitin yarandığını söyləyir, bu işin həyata keçirilməsində dövlətimizin başçısı İlham Əliyevin də böyük səylər göstərdiyini vurğulayaraq, onun aşağıdakı fikirlərini sitat gətirir: “Türkün dünyası böyük dünyadır. Biz elə etməliyik ki, türk dünyası daha da sıx birləşsin. Bunu etmək üçün bütün imkanlar vardır”.

Böyük türkoloq ortaq türk dilinin yaranması, türk dünyasının inkişafı və çiçəklənməsinə göstərilən dövlət qayğısının genişlənməsindən qürurlanır və bundan böyük fəxarət hissi duyaraq yazırdı: “Türk dövlət başçılarının sammitlərində hamının anlayacağı bir türk dili işlənsə, gözəl olar, ürəkaçan bir atmosfer olar”.

Akademik ulu öndər Heydər Əliyevin riyazi dəqiqliklə düsturlaşdırdığı “Biz bir millət, iki dövlətik” ifadəsinə böyük qiymət verərək bu cür birliyi təkcə Türkiyə və Azərbaycan arasında deyil, digər altı müstəqil türk dövlətinin - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Türkiyə arasında olmasını arzulayırdı. Müəllif adları qeyd olunan türk dövlətləri arasında birliyin, möhkəmliyin, dostluğun əbədi olmasını türklər üçün ümumi ünsiyyət dilinin yaranmasında görürdü. Ömrünü, fəaliyyətini türk dillərinin tarixi köklərinin inkişafının araşdırılmasına həsr edən türkoloq ortaq türk dili tərəfdarlarının digər türkdilli respublikalarda da olduğunu qeyd edir və məsələ ilə bağlı 2000-ci il aprelin 8-də “Dədə Qorqud” kitabının 1300 illik yubileyinə gələn Qırğızıstanın məsul dövlət adamının “Biz bir millət, altı dövlətik” ifadəsini yüksək dəyərləndirirdi.

Tofiq Hacıyev ortaq ünsiyyət dili olan türk dilinin digər türk dillərinin sıradan çıxması əsasında yaranmasının əleyhinə idi. O, hər bir türk xalqının öz dilini inkişaf etdirməklə yanaşı, ortaq türk dili yaradıb, digər xarici dillərin köməyi olmadan həmin ortaq ünsiyyət dilindən - türk dilindən yararlanmasını arzulayırdı. Mahmud Kaşğaridən başlanan, İsmayıl bəy Qaşpıralı və Əli bəy Hüseynzadə yaradıcılığında çiçəklənən bu ideyanın qarşısında duran məqsədin səhv başa düşülməsini istəməyən bu Vətən sevdalı alim 2001-ci ildə mətbuata müsahibəsində belə deyirdi: “Ümumi türk dili formalaşa bilməz. Kimsə ana dilindən əl çəkib təzə dil yaratmaz. Sadəcə, müasir türk dillərindən birini ümumi ünsiyyət dili kimi qəbul etmək olar. Bu ümumi ünsiyyət dili sənin həmişə işlətdiyin ana dilinin yerinə gəlmir. Sən ailədə, işdə dostlarınla həmişə işlətdiyin ana dilində danışacaqsan. Ümumi ünsiyyət dilini başqa türkcələrin nümayəndələri ilə ünsiyyətdə, beynəlxalq tədbirlərdə işlətməlisən, o, sənin dil açdığın dili, beşik dilini sıxışdırmamalıdır, yoxsa bütün türklər tərəfindən sevilməz, ana dilinə şərik sayılar. Ana dili Tanrı gücündə varlıqdır. Tanrı da ki, bildiyimiz kimi, şərik sevməz”.

Bu cavabda alimin təkcə öz dilinə, ortaq ünsiyyət dili olacaq türk dilindən əlavə digər türk dillərinə - qazax, qırğız, özbək, türkmən dillərinə də olan sevgisi özünü büruzə verir. O bilir ki, öz kökündən üzülən ağac nə qədər nəhəng olsa da, son anda məhvə məhkumdur. O, türklər üçün ortaq ünsiyyət dili olan “Türk dili”nin daha da inkişaf etmiş, şaxələnmiş müxtəlif türk dilləri əsasında qurulması arzusunda olduğunu qabardır.

Azərbaycanın yurdsevər oğulları həmişə öz doğma dilinin qayğısına qalmış, onun gələcək taleyi ilə bağlı narahatlıqlar yaşamışlar. Dilimizə olan yad təsirlərin, təzyiqlərin nəticəsində onun təsir dairəsinin nə vaxtsa daralması qorxusu onları rahat buraxmırdı. Onlar türk xalqlarının get-gedə bir-birindən uzaq düşməsinin son nəticədə uçurumlar yaradacağından qorxaraq, həmişə bu fikri yaradıcılıqlarının əsas mövzusuna çevirmişlər. Bu ayrılmaların son nəticəsindən qorxan böyük Azərbaycan şairi Almas İldırım

“Türk elləri bir-birinə yadlanır,

Qazax, qırğız, özbək, türkmən adlanır”

- deyə haray çəkirdi. O, sanki böyük türkcəmizin bölünə-bölünə öz böyüklüyünü itirəcəyindən ehtiyat edirdi.

Türkiyə türkcəsinin ortaq ünsiyyət dili səviyyəsinə keçməsi uğrunda mübarizə aparan akademik Tofiq Hacıyev isə Almas İldırımın bu narahatlığını onun şairliyindən irəli gələn emosional bir narahatlıq adlandırır və bununla bağlı yazırdı: “Bir ana dili əsasında dil ailəsinin yaranması və onun tərkibindəki dillərin getdikcə ana dildən və eləcə də tədricən törəyən başqa qohum dillərdən fərqlərinin artması ictimai-tarixi təbii hadisədir, elmin qəbul və təsdiq etdiyi faktdır. Dillərin ayrılması və getdikcə uzaqlaşması dilin inkişaf qanunudur. Zərərli, ziyanverici hadisə deyil”.

Beynəlxalq tədbirlərdə əcnəbi dillərin hegemon rola malik olduğunu, bu dillərin işlək olduğunu görən böyük alim özünün bəxtinə yazılmış, şirin türk dilinin bu səviyyədə inkişaf etməməsini, bəlkə də, qüruruna sığışdırmırdı. Ədəbiyyatı, incəsənəti, tarixi, ədəbi nümunələri cəhətdən daha zəngin olan bir xalqın, heç olmasa, türkdilli xalqlar arasında özlərinə yaraşan bir dildə ünsiyyət qurmaq arzusunu ürəyində bir dərd kimi yaşadırdı. Yüz illər boyu vətənpərvər övladlar tərəfindən ürəklərdə yaşayan bu dərd, bəlkə də, nə vaxtsa öz dərmanını tapacaq və yad dillərin yardımına ehtiyac duyulmayacaq. Onda təkcə akademik Tofiq Hacıyevin yox, eyni zamanda, ulu Mahmud Kaşğari, Krım tatarı İsmayıl bəy Qaspıralı, Azərbaycanın yurdsevər övladı Əli bəy Hüseynzadə (Turan) və Türkiyə ziyalısı Ziya Göyalpın ruhları şad olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb