Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş konfrans keçirilib

Bakı, 5 aprel, AZƏRTAC

AMEA-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib.

Aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyası, Milli Məclisin Səhiyyə komitəsi və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2022-ci il 3 noyabr tarixli Sərəncamından sonra ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində müxtəlif tədbirlər keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Zərifə Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə XX əsrin birinci yarısına qədər daha çox terapiya və cərrahiyyə sahələrinin inkişaf etdiyini vurğulayan AMEA rəhbəri məhz Zərifə Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrildiyini söyləyib.

“Bu, Zərifə Əliyevanın Azərbaycan tibb elmi qarşısındakı böyük məqsədlərindən biri idi. Zərifə Əliyeva ölkəmizi keçmiş Sovet İttifaqında və onun hüdudlarından kənarda da oftalmologiya üzrə elmi tədqiqat işləri aparılan nüfuzlu mərkəzə çevirmişdi. Zərifə xanımın göz həkimi kimi məşhurlaşması, bu sahədə məktəb yaratması ilə Azərbaycandan kənardakı tibb mərkəzlərinə xəstələrin axınının qarşısı alınıb. Zərifə xanımın bir məqsədi də ondan ibarət idi ki, o, rus həkimlərindən ibarət heyət yaradaraq, onları Azərbaycanın regionlarına aparır, müalicə işi təşkil edirdi. Zərifə Əliyeva dünya tibb elminə yeni müalicə üsulları gətirib, bu istiqamətdə apardığı tədqiqatları təkcə nəzəri müddəalarla deyil, həm də o müddəaları formalaşdırmaqda ona əsas verən təcrübə ilə əlaqələndirməklə fərqlənib”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Qeyd edib ki, onun Bakı Məişət Kondisionerləri Zavodu və Bakı Şin Zavodunda apardığı müşahidələr, yaratdığı tibbi müalicə və diaqnostika mərkəzi oftalmologiya sahəsində özünə qədər və ondan sonra aparılan tədqiqatlardan tam fərqli elmi nəticələrin əldə olunmasına töhfə verib. Məhz bunun nəticəsində ölkəmizdə 1960-cı illərə qədər geridə qalmış tibb sahələrindən biri sayılan oftalmologiya elmi artıq 1970-ci illərdə Moskva, Sankt-Peterburq kimi bu elm sahəsində əsas mərkəzlərlə bir sırada dayanırdı və bir çox hallarda onlardan önə keçmişdi. Həmin illərdə dünyanın bir sıra ölkələrinin, həmçinin keçmiş SSRİ-nin görkəmli alimlərinin məqsədinin Bakıda keçirilən konfranslarda iştirak etmək, müzakirələr aparmaq, reallıqları görmək olduğunu deyən akademik İsa Həbibbəyli bu reallıqların birbaşa Zərifə Əliyevanın praktik və elmi fəaliyyəti ilə əlaqədar olduğunu söyləyib.

Həmçinin vurğulayıb ki, akademik A.Qarayev adına Fiziologiya İnstitutunda Zərifə xanımın yaratdığı və rəhbərlik etdiyi göz xəstəliklərinin diaqnostikası və profilaktikasına həsr olunmuş laboratoriya Azərbaycanda göz xəstəlikləri elminin hüdudlarını Səhiyyə Nazirliyinin dairəsində genişləndirərək akademik mühitə daşınmasında ən yeganə nümunədir.

“Zərifə Əliyeva həm də ölkəmizdə böyük ictimai xadim kimi qəbul olunub. Onun çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilib. “Əməkdar elm xadimi” adına, “Qırmızı əmək bayrağı ordeni”nə layiq görülüb, o zaman üçün əlçatmaz sayılan Averbax mükafatının Azərbaycana gətirilməsinin mümkünlüyünü sübut edib. Milli Oftalmologiya Mərkəzi Zərifə Əliyevanın adını daşıyaraq ölkəmizin nüfuzlu tibb mərkəzlərindən biri kimi inkişaf edib. Akademiyada Zərifə xanımın adına mükafat təsis olunub. Bakıda məktəb-lisey Zərifə xanımın adını daşıyır”, - deyə AMEA rəhbəri çıxışının sonunda bildirib.

Sonra çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ölkəmizdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin keçirildiyini, bugünkü tədbirin tamamilə yeni formatda təqdim olunduğunu söyləyib.

Tədbirin “Azərbaycan” qəzeti, AMEA və Milli Məclisin Səhiyyə komitəsinin birgə təşkilatçılığı ilə keçirildiyini qeyd edən akademik Əhliman Əmiraslanov əlavə edib ki, belə bir mötəbər tədbirin ölkəmizin nüfuzlu mətbu orqanı olan “Azərbaycan” qəzetində geniş işıqlandırılması böyük əhəmiyyət kəsb edir.

Səhiyyə komitəsinin sədri Ə.Əmiraslanov böyük şəxsiyyətlərin, alimlərin yetişməsində onların boya-başa çatdığı mühitin böyük rolu olduğunu deyərək bu baxımdan görkəmli akademik Zərifə Əliyevanın formalaşdığı mühitin onun yaradıcılığına təsirindən söz açıb, alimin fəaliyyətinin mühüm istiqamətləri haqqında məlumat verib.

“Böyük alim, ictimai-siyasi xadim olmaq üçün ilk növbədə, öz sahəsinin yüksəkixtisaslı mütəxəssisi, peşəkarı olmaq zəruridir. Akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elmində müstəsna xidmətləri olub, böyük uğurlara imza atıb. Zərifə Əliyevanın həkimlik fəaliyyətinə başladığı ilk illərdən on minlərlə insanın görmə qabiliyyətinin bərpa olunmasında əvəzsiz rolu olub, qlaukomanın yeni müalicə üsullarını təklif etməsi ilə minlərlə insanı bu xəstəlikdən xilas edib”, - deyə Ə.Əmiraslanov bildirib.

Akademikin sözlərinə görə, görkəmli alim Zərifə Əliyeva öz elmi fəaliyyətində oftalmologiyanın ən çətin və az müraciət olunan sahələri üzrə tədqiqatlar aparmış və əhəmiyyətli uğurlar qazanıb. Zərifə xanımın həmin dövr üçün yeni sahələr olan tibbi etika və deontologiyaya dair tədqiqatları təkcə tibbə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edilib. Sovet dövrünün bu sahə üzrə mütəxəssisləri də Zərifə Əliyevanın bu sahədə apardığı tədqiqatları yüksək qiymətləndiriblər. Ə.Əmiraslanov görkəmli alimin gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsində bir sıra orijinal kəşflərinə görə tibb elminin Nobel mükafatı adlandırılan SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görüldüyünü də vurğulayıb.

Komitə sədri Zərifə Əliyevanın oftalmologiya sahəsində bir elmi məktəb yaratdığını diqqətə çatdırıb. Əlavə edib ki, bu məktəbin yetirmələri Azərbaycanda oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verirlər.

Daha sonra çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov 2023-cü ilin xalqımız üçün əhəmiyyətli dövr olduğunu qeyd edib. Nazir müavini bu il tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bərabər, onun ömür-gün yoldaşı, dahi şəxsiyyət, görkəmli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də 100 illik yubileyinin təntənə ilə qeyd olunduğunu vurğulayıb. Akademikin şəxsi keyfiyyətlərindən, humanistliyi ilə seçilən peşəsi haqqında ətraflı bəhs edən Nadir Zeynalov Zərifə Əliyevanın oftalmologiya sahəsində həm praktik-həkim kimi çalışdığını, həm də uzun illər ərzində elmi tədqiqatlar apardığını, yaşadığı dövrdə respublikamız üçün real problem olan gözlərin traxoma xəstəliyi ilə yaxından maraqlandığını, öz araşdırmalarını bu problemin həllinə yönəltdiyini bildirib. Vurğulayıb ki, Zərifə Əliyevanın tədqiqatları nəticəsində traxoma xəstəliyinin müalicəsində yeni bir üsul meydana gəlib, tədricən bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısı alınıb.

Ötən əsrin 60-70-ci illərində keçmiş SSRİ məkanında sənayenin, o cümlədən kimya sənayesinin sürətli inkişafının iqtisadi artıma səbəb olması ilə yanaşı, insan sağlamlığına mənfi təsirlər etdiyini qeyd edən Nadir Zeynalov akademik Zərifə Əliyevanın göz xəstəliklərinin peşə amili məsələsi ilə ciddi məşğul olduğunu, həm praktik, həm elmi, həm də təşkilati baxımdan nizamlı bir sistem yaratdığını bildirib: “Akademikin təşəbbüsü ilə müəssisələrdə tibb məntəqələri təşkil olunmuşdu ki, burada yaradılan peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi sistemi keçmiş SSRİ respublikaları üçün bir nümunə olub”.

Nazir müavini qeyd edib ki, 1982-ci ildə Zərifə Əliyevanın həmmüəlliflərlə birgə “İridodiaqnostikanın əsasları” kitabı işıq üzü görüb və burada alternativ təbabət, Şərq xalq təbabəti sahəsinə aid olan diaqnostika üsulları geniş şərh edilib. Akademikin tibbi etika və deontologiya sahəsində də araşdırmalar apardığını bildirən Nadir Zeynalov əlavə edib ki, Zərifə Əliyeva həkim və pasiyent, həkim və cəmiyyət arasında münasibətlərin necə olması ilə əlaqədar elmi əsərlər yaradıb.

Çıxışının sonunda görkəmli akademikin oftalmologiya sahəsi üzrə elmi məktəb yaratdığını deyən nazir müavini o məktəbin yetirmələrinin bu gün də respublikanın tibb sahəsində çalışdıqlarını vurğulayıb.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə çıxışında bildirib ki, bu gün biz xatirəsi Azərbaycan xalqı və hər birimiz üçün əziz və dəyərli olan insanla bağlı tədbir keçiririk: “Azərbaycan xalqının gözəl deyimi var: “Bir-biri üçün yaranmışlar”. Biz adətən bu sözü Ulu Öndər Heydər Əliyev və Azərbaycan xalqı üçün işlədirik. Ulu Öndərimiz də elə bil Azərbaycan xalqı üçün yaranıb. Azərbaycan xalqı da Ulu Öndərimizin sayəsində inkişaf edib, bəlalardan xilas olmuş və özünün arzuladığı məqama çatıb. Ulu Öndər Heydər Əliyev iki dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz inkişaf edib, yüksəlib, xalqın güzəranı yaxşılaşıb. Elə ki, müvəqqəti ayrılıq olmuşdu, Azərbaycan xaosa, anarxiyaya düçar olmuşdu. Ümummilli Lideri yenidən xalqın arzu və tələbi ilə geriyə qayıtdıqdan sonra xalqı bu bəlalardan qurtarmış, müstəqilliyimizi əbədi etmiş, əbədi sabitlik yaratmış və bizi ən böyük arzumuza çatdırıb. Ulu Öndər Heydər Əliyev və Zərifə Əliyeva da bir-biri üçün yaranmış insanlar idi. Onların bir-birinə rast gəlib ailə qurması ilahi istək, taleyin hökmü idi. Bunun baş tutmasından ən çox qazanan Azərbaycan xalqı oldu”.

Zərifə xanımın əsilzadə ailəsində gözəl tərbiyə aldığını deyən Bəxtiyar Sadıqov Ulu Öndərin həm Dövlət Təhlükəsizliyi Komitəsində, həm Azərbaycana rəhbərlik etdiyi dövrdə, həm də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi gecə-gündüz işlədiyi dövrdə ailəsinin üzərinə düşən kişi yükünü Zərifə xanımın zərif çiyinlərinin üzərində daşıdığını bildirib: “Azərbaycan qadını üçün əsl mükafat ailəsinin möhkəm olması, gözəl övladlar böyütməsi, ailədə mehribançılıq, sədaqət və səmimiyyət olmasıdır. Zərifə xanım ailədə buna nail olub. Qadının ən böyük funksiyası övlad tərbiyə etməkdir və Zərifə xanım ailədə övlad tərbiyəsi olmağın məktəbinin nümunəsini yaradıb. Zərifə xanımın tərbiyə etdiyi övlad bu gün Azərbaycan xalqının xilaskarına çevrilib, Azərbaycan torpaqları işğaldan azad olunub, xalqımızın milli-mənəvi qürurunu özünə qaytarıb. Prezident Azərbaycan xalqının bütün istəklərini həyata keçirdi və onun fəaliyyətində də Zərifə xanımın zəhməti, əməyi var”.

Konfransda “Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətləri” mövzusunda məruzə edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bildirib ki, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı və böyük şəxsiyyət Heydər Əliyevin xanımı olmaq məsuliyyətini həmişə şərəflə daşıyan Zərifə Əliyeva fitri istedada malik novator alim, əsl ziyalılığın genetik yaddaşına malik bir insan idi. Akademik qeyd edib ki, Zərifə xanımın ilk tədqiqatının mövzusunu yaşadığı dövr özü diktə edib, onun elmi işi traxomanın müalicəsi ilə bağlı məsələlərə həsr olunub. Çox keçmədən Zərifə xanım xəstəliyin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olur. Bu tədqiqatların mühüm nəticələri Zərifə Əliyevanın 1959-cu ildə uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edib. Onun sözlərinə görə, alim tərəfindən hazırlanmış və apardığı ciddi əsaslı tədqiqatlarla effektivliyi həm nəzəri, həm də praktiki şəkildə sübut olunmuş müalicə metodu traxomanın sosial xəstəlik kimi ləğv edilməsində əhəmiyyətli rol oynayıb, bu istiqamətdə Zərifə Əliyevanın elmi kəşfi bütün SSRİ respublikaları üçün ümid işığı və bütövlükdə oftalmologiya elmi qarşısında əvəzsiz xidmət idi və dünya elmi ictimaiyyəti tərəfindən də hər zaman yüksək qiymətləndirilib.

“Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya elminə görmə orqanının peşə xəstəliklərinin öyrənilməsi və profilaktikası üçün yeni üsulların işlənməsi kimi elmi yeniliklər gətirib. Bu yeniliklər “Görmə orqanının peşə patologiyası”, “Yod sənayesində peşə xəstəliklərinin profilaktikası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Şin istehsalında gözün peşə patologiyası” kimi kitab və monoqrafiyalarında əks edilib. Bu tədqiqatlar alimə dünya miqyasında böyük şöhrət qazandırıb”, - deyə akademik İradə Hüseynova bildirib.

Konfransda, həmçinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun “Zərifə Əliyeva Azərbaycanda oftalmologiya elminin banisidir” və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun laboratoriya müdiri biologiya elmləri doktoru, professor Elmira Pənahovanın “Akademik Zərifə Əliyeva görmə orqanının fiziologiyasının fundamental problemlərinin görkəmli tədqiqatçısı idi” mövzusunda məruzələri dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib