AKP-nin Türkiyə parlamenti sədrliyinə namizədinin adı bəlli oldu
Ankara, 22 fevral, AZƏRTAC
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə namizədi bəlli olub.
AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, AKP bu vəzifəyə millət vəkili Mustafa Şentopun namizədliyini irəli sürüb. Mustafa Şentop hazırda Türkiyə parlamentində AKP millət vəkilləri qrupuna rəhbərlik edir. İxtisasca hüquqşünas olan Mustafa Şentop ardıcıl olaraq 4 çağırışda Türkiyə parlamentində təmsil olunur.
Xatırladaq ki, TBMM-nin keçmiş sədri Binəli Yıldırım martın 31-də keçiriləcək bələdiyyə seçkilərində İstanbul Böyükşəhər bələdiyyəsinə sədrliyə namizəd olduğu üçün spiker postundan istefa verib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]