Alim və mütəxəssislər “Horizon Avropa” proqramı barədə məlumatlandırılacaq
Bakı, 25 yanvar, AZƏRTAC
Avropa İttifaqı ilə Azərbaycan arasında tədqiqat və innovasiya əməkdaşlığı çərçivəsində Avropa Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən “Horizon Avropa” proqramı üzrə məlumat gününün keçirilməsi nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirin proqramına Avropa Komissiyasının ekspertləri tərəfindən “Horizon Avropa” proqramının imkanları, Avropa Tədqiqat Mərkəzi, iqlim və enerji klasteri və tibb istiqaməti üzrə təqdimatlar daxil edilib.
Fevralın 6-sı saat 10:00-14:00-da onlayn formatda keçiriləcək tədbirdə Azərbaycanın bütün təşkilatlarının alim və mütəxəssisləri iştirak edə bilərlər. Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinə müraciət olunmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]