DÜNYA
ALİMLƏR GÖZƏGÖRÜNMƏZ OLMAQ ÜSULU TAPMIŞLAR
İxtira işığın hərəkətinə və əşyaların işığı əksetmə qabiliyyətinə əsaslanır. Alim uzun müddət qızılın nanohissəcikləri üzərində eksperiment aparmışdır. Mikroskopik kolloidli qızıl hissəciklərindən yaradılmış fövqəlnazik təbəqə arxasında əşyalar görünməz olur. Hələlik yalnız hərəkətsiz əşyaları gözəgörünməz etmək mümkündür. Hərəkət zamanı şüalanmanın sürəti dəyişir və gözəgörünməzliyi saxlamaq mümkün olmur.
Bu, alimlərin ilk nailiyyəti deyildir. Məsələn, 2005-ci ilin martında iki amerikalı alim bildirmişdi ki, əşyaları gözəgörünməz edən texnologiyanı nəzəri cəhətdən hazırlamışlar. Pensilvaniya Universiteti alimlərinin ixtira etdikləri xüsusi örtük əşyaları insan gözünə görünməz edir. Tədqiqatçıların fikrincə, onların nəzəriyyəsi fizikanın fundamental qanunlarını pozmur və işığın hərəkətinə əsaslanır.
Əvvəllər təklif olunan “gözəgörünməz papaq” modelləri buqələmuna, yəni komuflyaj ekran yaradılmasına əsaslanırdı. Bu texnologiya işığın paylanmasının kəskin surətdə aşağı düşməsi üzərində qurulmuşdur. Biz ətrafımızdakı əşyaları onların əks etdiyi işıq vasitəsilə görürük. Bu prosesin qarşısını almaq mümkün olarsa, həmin obyektlər gözə görünməz.
ABŞ alimləri bunun üçün plazma örtüyündən istifadə olunmasını təklif edirlər. Bu örtük əks olunan işıq tezliyi ilə rezonans yaradar. Alimlərin hesablamalarına görə, xüsusi materialla örtülmüş kürəvi və silindrəbənzər obyektlər, həqiqətən, işığı əsk etdirmir. Belə obyektlərin üzərinə işıq salındıqda, onlar o dərəcədə kiçilir ki, hətta gözəgörünməz olur.
Alimlər hesab edirlər ki, plazma qatı ilə örtülmüş təyyarələr və ya kosmik gəmilər radarların ekranlarından itə bilər.