ALLA AXUNDOVANIN MOSKVADA YENİ KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Şairənin ömrü boyu sadiq qaldığı lirika yeni nəşrdə də öz layiqli yerini tutmuşdur. Lakin bu dəfə oxucu yetkin insanın, görünməz tellərlə bizi bir-birimizə bağlayan incəlikləri sezməyi və duymağı bacaran yaradıcı insanın daxili ziddiyyətlərinin parlaq ifadə olunduğu bir fenomenlə rastlaşacaqdır. O, vicdan-qeyrət ilahəsi və məhəbbət quşudur. O, bütün ehkamları alt-üst edir və Allaha yaxın olmaq arzusu ilə yaşayır.
Azərbaycanın əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Alla Axundova ”Xoşbəxt olun, qızlar”, “Avtomobil, skripka və xallı it”, “Oralarda, keçilməmiş yollarda”, “Lyuboçka”, “Şərikli çörək” filmlərinin ssenari müəllifidir. “Sirr.Sirr.Sirr” pyesi, “Ağ işıq”, “Bazar günü bağçası”, “Pillələr”, “Mənzərə açıqcaları” şeir kitabları, “Çöhrənin ifadəsi” nəsr əsəri onun qələminin məhsuludur.
Alla Axundova Azərbaycanın folklor nümunələrini, nağıllarını və klassik ədəbiyyatını rus dilinə çevirərək, ədəbiyyatımızın tanınmasına xidmət etmişdir. Onun öz şeirləri isə ingilis, rumın və fransız dillərinə tərcümə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]