Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alman politoloqu Hayko Lanqnerv: Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır

Bakı, 18 noyabr (AZƏRTAC). Alman politoloqu, postsovet məkanı üzrə mütəxəssis Hayko Lanqnerv “Vestnik Kavkaza” nəşrinə verdiyi müsahibədə Gürcüstanda və Azərbaycanda seçkilərdən sonra yaranmış vəziyyəti, “Şərq tərəfdaşlığı”nın qarşıdakı zirvə toplantısını şərh etmiş, habelə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə öz mülahizələrini açıqlamışdır.

Politoloq “Vestnik Kavkaza” nəşrinin Avropa Bürosunun rəhbəri Orxan Səttarovun Gürcüstanda seçkilərdən sonrakı dövrdə nələr gözlənməsi və bu ölkənin xarici siyasət oriyentirlərinin dəyişib-dəyişməyəcəyi barədə sual xarici siyasi oriyentirlərin dəyişəcəyi az ehtimal olunur. Nəzərə almaq lazımdır ki, 2008-ci ilin avqust ayında Rusiya-Gürcüstan müharibəsindən sonra yaranmış obyektiv reallıqlar yaxın gələcəkdə Rusiya-Gürcüstan münasibətlərində üstünlük təşkil edəcəkdir. Buna görə də Gürcüstanda rusiyapərəst dönüş yaranacağını söyləməyə dəyməz, lakin Tbilisi Moskva ilə praqmatik iqtisadi münasibətlər yaratmağa meyllidir, bu da Rusiya bazarının Gürcüstan məhsulları üçün cəlbedici olmasını nəzərə alsaq, tamamilə məntiqə uyğundur.

H.Lanqnerv Azərbaycan barədə onu qeyd etmişdir ki, Cənubi Qafqazın üç dövləti arasında Azərbaycan ən yüksək suverenliyə malik ölkədir. Bu, bütün regional və dünya miqyaslı aktorlarla öz münasibətlərini düşünüb-daşınılmış şəkildə quran rəsmi Bakının səmərəli xarici siyasi strategiyası və iqtisadi uğurları ilə bağlıdır. Azərbaycan Rusiya, Avropa, ABŞ və Türkiyə ilə sıx əməkdaşlıq edir. Bakı İranla da neytral münasibətlər yaratmağa nail olur. Azərbaycan bu xarici siyasət strategiyası çərçivəsində fəaliyyətini davam etdirəcəkdir və bu sahədə hər hansı əsaslı dəyişiklik gözlənilmir.

Alman politoloqu “Şərq tərəfdaşlığı”nın müsbət cəhətləri barədə onu qeyd etmişdir ki, “Şərq tərəfdaşlığı” və Aİ-nin qonşuluq siyasəti çərçivəsində avropalıların iqtisadi maraqları birinci yerdə durur. O demişdir: “Azad ticarət haqqında saziş bütün tərəflər üçün yalnız o halda sərfəli olacaqdır ki, sazişin iştirakçıları olan ölkələrdə iqtisadiyyatın inkişaf səviyyəsi təxminən eyni olsun. Lakin praktikada vəziyyət belə deyil. Aİ üzvü olan ölkələr iqtisadi və texnoloji baxımdan postsovet məkanındakı keçid iqtisadiyyatı ölkələrindən xeyli çox inkişaf etmişlər. Keçmiş sovet respublikaları hələ şaxələndirilmiş iqtisadiyyat quruculuğunun orta mərhələsindədir. Qeyri-bərabər tərəfdaşlar arasında azad ticarət asimmetrik iqtisadi münasibətlər yaradacaq və Avropa dövlətləri ilə postsovet ölkələrinin iqtisadiyyatları arasında kəskin fərqi daha da artıracaqdır.

Beləliklə, burada üstünlük heç də öz məhsulları üçün yeni satış bazarları qazanmaq arzusunda olan Aİ-nin tərəfində deyildir. Bunu yəqin etmək üçün Cənubi Qafqaz ölkələri ilə Aİ arasında ticarət balansını nəzərdən keçirmək kifayətdir. Gürcüstanın və Ermənistanın Avropa İttifaqı ilə ticarətdə çox böyük kəsirləri vardır. Bu ölkələrdə Aİ-dən idxal edilən məhsulların həcmi oraya ixrac ediləndən qat-qat artıqdır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Gürcüstanda və Ermənistanda Aİ ölkələri üçün maraq doğuran məhsullar, çətin ki var.

H.Lanqnerv Aİ ilə ticarət balansında profisitə malik olan Azərbaycanı region ölkələri arasında xüsusi qeyd etmişdir. O bildirmişdir ki, Azərbaycan regiondakı qonşuları ilə müqayisədə aşkar üstünlüyə malikdir. Çünki, o, neftdən əldə edilən gəliri iqtisadiyyatın şaxələndirilməsi üçün sərmayə qoya bilər və həqiqətdə də bunu edir.

Alman politoloqunun fikrincə, fəal daxili iqtisadiyyat yaradılması və müəyyən ixrac məhsulları üzrə ixtisaslaşma bir-birini istisna etmir, əksinə, bunlar birlikdə ölkənin iqtisadi potensialını inkişaf etdirmək və əhalinin həyat səviyyəsini yüksəltmək imkanlarını təmin edir.

O demişdir: “Bu yolda Azərbaycan Gürcüstan və Ermənistanla müqayisədə xeyli tərəqqi etmişdir. Bütün Cənubi Qafqazda sənaye məhsulları istehsalının təqribən 80 faizi Azərbaycanın payına düşür. Burada orta həyat səviyyəsi və əhalinin orta gəlir səviyyəsi xeyli yüksək, yoxsulluq göstəricisi isə qonşu ölkələrdə olduğundan xeyli aşağıdır. Əlbəttə, bütün problemlər həll edilməmişdir, lakin Azərbaycanın iqtisadi inkişafının əsas strategiyası düzgündür. Bu fonda Aİ ilə münasibətlərdə hər iki tərəfin mənafelərinə cavab verən bərabərhüquqlu tərəfdaşlıq yaratmaq da çox vacibdir”.

Hayko Landnerv Vilnüs sammitində Ermənistanın Aİ ilə assosiativ müqavilə imzalamaqdan faktiki imtina etməsini və Rusiyanın başçılıq etdiyi Gömrük İttifaqına qoşulmasını şərh edərək demişdir ki, bu fakt ilk növbədə regionda geosiyasi qüvvələr balansını əks etdirir. Aİ ilə assosiasiya haqqında müqavilə imzalanacağı təqdirdə nəzərə alınması vacib olan yuxarıda sadalanmış mühüm məqamlardan əlavə Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın Rusiyaya birtərəfli bağlanması da öz təsirini göstərmişdir. Ermənistanın xarici siyasəti manevr etməyə qabil deyil və Moskvanın iradəsindən asılıdır. Moskva isə əlbəttə, öz mənafelərindən əl çəkməyə hazırlaşmır və Rusiyanın təsir zonasında Aİ-nin iqtisadi və siyasi cəhətdən möhkəmlənməsinə mane olacaqdır. Rusiyanın nöqteyi-nəzərindən və onun mənafeləri baxımından bu, tamamilə aydındır. Lakin Ermənistan üçün bu fəlakətli nəticələrə, yəni iqtisadi geriliyə, kütləvi yoxsulluğa, əhalinin sosial həyat şəraitinin pisləşməsinə, kütləvi miqrasiyaya və ciddi demoqrafik problemlərə gətirib çıxaracaqdır.

Politoloq Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açaraq qeyd etmişdir ki, bu münaqişəni əsla “dondurulmuş” hesab etmək olmaz, çünki cəbhə xəttində az qala hər gün insanlar həlak olur, toqquşmalar baş verir. Münaqişənin tənzimlənməsinə dair danışıqların aparıldığı ATƏT-in Minsk qrupunun formatına nəzər salsaq görərik ki, bütün Cənubi Qafqazda real siyasi sanbala malik olan yeganə vasitəçi ölkə Rusiyadır. Bu baxımdan nə Fransa onunla rəqabət apara bilər, nə də ABŞ. Buna görə də Ermənistanla Azərbaycan arasında münaqişə məhz Rusiyanın vasitəçiliyi ilə həll edilə bilər. Yaranmış vəziyyətdən çıxış yolu məhz Yerevan, Bakı və Moskvanın qarşılıqlı fəaliyyəti şərti ilə tapıla bilər.

Hayko Lanqnervin fikrincə, bu münaqişənin ağlabatan həlli onun yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında nizamlanmasıdır. Hazırda Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur.

Politoloq sonda qeyd etmişdir ki, beynəlxalq hüququn iki prinsipi - ərazi bütövlüyü və təyini-müqəddərat prinsipləri bir-birini istisna etmir, ölkənin ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət statusu verilməsi yolu ilə bu prinsiplərin hər ikisi reallaşdırıla bilər. Bu, ilk növbədə, Dağlıq Qarabağın hüdudlarından kənarda Ermənistan tərəfindən işğal edilmiş yeddi rayonun deyil, sovet dövründə Dağlıq Qarabağ muxtar vilayəti adlanan ərazinin gələcək qəti statusuna aiddir. Müharibədən əvvəl bu yeddi rayonun əhalisi əsasən azərbaycanlılardan ibarət idi. Onlar mümkün qədər tezliklə Azərbaycana qaytarılmalıdır. Məcburi köçkünlər öz yurdlarına qayıtmaq hüququna malikdir və bu halda münaqişənin həllində indi yaranmış mürəkkəb vəziyyət əsasən aradan qaldırılmış olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Kot-d’İvuar millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib