Alman portalı Azərbaycanın AFR-dəki səfirinin AZƏRTAC-a müsahibəsindən əsas tezisləri yerləşdirib
Brüssel, 6 aprel, AZƏRTAC
Almaniyanın “presseportal.de” portalı Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazovun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində son hadisələrlə bağlı AZƏRTAC-a müsahibəsini yerləşdirib (bax). Avropanın almandilli oxucuları təqdim edilən material əsasında Azərbaycan tərəfinin mövqeyini, necə deyərlər, Aİ-nin ən mühüm üzv-dövlətində ölkənin rəsmi nümayəndəsinin dilindən eşitmək imkanı qazanıblar.
Səfir Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədiyini və beynəlxalq birliyin bu ölkədən digər dövlətin ərazisinin 20 illik işğalına son qoymaq tələbinə məhəl qoymadığını xatırlayıb.
Materialda Ermənistan silahlı qüvvələrinin son günlərdə atəşkəs rejimini pozması və dinc azərbaycanlıların yaşayış məntəqələrinin artilleriya atəşinə tutulması xatırladılır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]