ALMANİYA HÖKUMƏTİ POLİSLƏR VƏ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİ ÜÇÜN SEMİNARLARI MALİYYƏLƏŞDİRMİŞDİR
Almaniya hökuməti Azərbaycanın 11 rayonunda 120 polis işçisi və yerli qeyri -hökumət təşkilatlarının (QHT) 50 nümayəndəsi üçün seminarlar keçirilməsinə 13 min avro ayırmışdır.
Dekabrın 20-də Almaniya səfirliyində keçirilən mətbuat konfransında bu ölkənin səfiri Klaus Qrevlix jurnalistlərə bildirmişdir ki, seminarlar “Polislər üçün sivil təhsil” layihəsi çərçivəsində dekabrın 6-dan 19-dək keçirilmişdir. Daxili İşlər Nazirliyinin və “Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda” qeyri-hökumət təşkilatının keçirdiyi seminarlardan əsas məqsəd nümayişlər zamanı polislərin və QHT-lərin hüquq və vəzifələrini müzakirə etmək idi. ATƏT-in Sloveniya, Belçika və İsveçdən olan üç mütəxəssisinin mühazirlərində Qərb ölkələrində polislə əhali arasında qarşılıqlı münasibətlərdə qəbul edilmiş davranış normaları barədə ətraflı məlumat verilmişdir.
DİN və QHT nümayəndələri mətbuat konfransında çıxış edərək, hüquqi dövlət üçün belə mühüm mövzularda seminarlar keçirilməsinə görə Almaniya hökumətinə və ATƏT-ə təşəkkürlərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]