Almaniya komandası futbol üzrə dünya çempionatının yarımfinal mərhələsinə yüksəlmişdir VİDEO
Bakı, 4 iyul (AZƏRTAC). Braziliyada futbol üzrə XX dünya çempionatında dörddəbir final mərhələsinin ilk oyunu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iyunun 4-də Rio de Janeyro şəhərindəki “Marakana” stadionunda Almaniya və Fransa yığmaları qarşılaşmışlar.
Argentinadan olan baş hakim Nestor Pitananın idarə etdiyi görüşdə yeganə qolu oyunun 13-cü dəqiqəsində Almaniya millisinin futbolçusu Mats Hummels vurmuşdur.
Beləliklə, rəqibini 1:0 hesabı ilə məğlub edən Almaniya komandası dünya çempionatının yarımfinal mərhələsinə yüksəlmişdir.
Növbəti mərhələdə Almaniya komandası Braziliya-Kolumbiya qarşılaşmasının qalibi ilə görüşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [15:42]
"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb
- 17.06.2026 [15:28]
Portuqaliya millisinin sabiq futbolçusu: Azərbaycanın yaxşı komandaları var
- 17.06.2026 [15:10]
Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
- 17.06.2026 [14:12]
Boksçular Olimpiya ümidləri turnirinə yollanıblar
- 17.06.2026 [14:00]