Almaniya nasistlərin Pavlovsk muzeyindən daşıyıb apardıqları kitabları qaytarır
Berlin, 19 noyabr (AZƏRTAC). Noyabrın 18-də Leypsiqdəki Almaniya Milli Kitabxanasında “Almaniya-Rusiya kitabxana dialoqu” beynəlxalq işçi qrupun dördüncü sessiyası açılmışdır. Sessiya çərçivəsində İkinci Dünya müharibəsi dövründə nasistlərin Pavlovsk muzeyindən (Leninqrad vilayəti) Almaniyaya daşıyıb apardıqları kitabların təntənəli qaytarılması mərasimi keçirilmişdir. Pavlovsk muzeyi adından kitabları muzeyin direktor müavini Aleksey Quzanov qəbul etmişdir.
2013-cü ilin yayında İkinci Dünya müharibəsinə qədər Almaniyanın Moskvada sonuncu səfiri olmuş qraf Fridrix-Verner fon der Şulenburqun varislərinin malikanəsində Pavlovsk saray kitabxanasının kitabları aşkar edilmişdir. Bu kitabları “İkinci Dünya müharibəsi dövründə rus muzeyləri” adlı beynəlxalq elmi layihənin əməkdaşlarının sayəsində identifikasiya etmək mümkün olmuşdur. Alimlər Pavlovsk saray kitabxanasından 170 kitabın Almaniyanın Moskvadakı səfirinə verilməsini təsdiq edən sənədləri tapmışlar.
Diplomatın qardaşının nəvəsi Ştefan qraf fon der Şulenburq bu kitabların səfirin kitabxanasına necə gəlib çıxmasını biləndən dərhal sonra həmin kitabları Rusiyaya qaytarmaq niyyətində olduğunu bildirmişdir. O, “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibədə demişdir: “Əlbəttə, bu kitablar oğurlanmışdır və əlbəttə, onlar Rusiyaya qaytarılmalıdır”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]