Almaniya Ukrayna üçün uzaqmənzilli dronların istehsalını maliyyələşdirəcək
Bakı, 29 may, AZƏRTAC
Almaniya Ukrayna üçün uzaqmənzilli dronların istehsalını maliyyələşdirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadla “Die Welt” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, mayın 28-də Prezident Volodimir Zelenskinin Berlinə səfəri zamanı məlum olan Almaniyadan Ukraynaya yeni yardım paketinin bir hissəsi Ukraynanın uzaqmənzilli dronlarının maliyyələşdirilməsidir.
Mayın əvvəlində Ukrayna Almaniya Müdafiə Nazirliyinə BARS və AN-196, həmçinin “Flamingo” tipli dronları maliyyələşdirmək xahişi ilə müraciət etmişdi. Bunun Almaniya tərəfindən təsdiqləndiyi iddia edilir. Layihənin ümumi dəyəri təxminən 400 milyon avro qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]