ALMANİYADAN GƏTİRİLMİŞ DAMAZLIQ HEYVANLAR SULU-ŞİRƏLİ YONCA VƏ QÜVVƏLİ YEMLƏ QİDALANIR
Bakı, 20 fevral (AZƏRTAC). “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən bildirmişlər ki, Almaniyadan Azərbaycana gətirilmiş cins damazlıq heyvanlar, əsasən, sulu-şirəli yonca və qüvvəli yemlə qidalanır.
Mövsümə uyğun olaraq onlara yaşıl kütlə, silos, senaj və quru ot verilir. Həmin cinslər südlük-ətlik heyvanlardır. Qara-ala holland frizi tam südlük cinsdir. Bu heyvan laktasiya müddətində (305 gün) 3,9-4,1 faiz yağlılığa malik 9-10 min kiloqram süd verir. Şvis və simmental cinsləri isə həm ətlik, həm də südlük istiqamətli heyvanlardır. Laktasiya müddətində onlardan yağlılığı 4-4,2 faiz olan 5-6 min kiloqram süd sağılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]