Almanlar Silvestr Stalloneni yenidən kəşf edirlər
Berlin, 4 dekabr, AZƏRTAC
Almaniyanın Hagen şəhərindəki Karl Ernst Ostahaus muzeyində açılmış qeyri-adi sərgi rəngkarlıq həvəskarlarının böyük marağına səbəb olub.
AZƏRTAC xəbər verir ki, sərgidə Hollivud ulduzu Silvestr Stallonenin fırçası ilə çəkilmiş rəsmlər nümayiş etdirilir. Bu sərgi məşhur aktyorun 75 illik yubileyinə həsr edilib.
Almaniya KİV-də verilən məlumata görə Silvestr Stallone hələ gənc yaşlarında rəngkarlığa böyük maraq göstərirdi. Sərginin ekspozisiyasına “ekran supermeni”, müxtəlif illərdə bütün dünyada “Rokki” və “Rembo” kimi tanınmış sənətkarın 50 rəsm əsəri daxildir. Burada avtoportretlər də, indiyə qədər geniş tamaşaçı kütləsi üçün nümayiş etdirilməmiş əsərlər də var.
Qeyd etmək lazımdır ki, Almaniyada Stallonenin sərgisi bundan əvvəl də keçirilib. Stallone indiyə qədər öz işlərini Sank-Peterburqda və Nittsada sərgiləmişdi.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:55]
NATO-nun Baş katibi Vaşinqtonda Trampla görüşəcək
- 19.06.2026 [12:54]
Pakistan tam elektron pasport sisteminə keçməyə hazırlaşır
- 19.06.2026 [12:47]
“Euractiv”: Avropa dron istehsalında Çindən asılı olaraq qalır
- 19.06.2026 [12:46]
Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]