İQTİSADİYYAT
Altı ayda idxal əməliyyatlarının ən yüksək göstəricisi iyunda qeydə alınıb
![Altı ayda idxal əməliyyatlarının ən yüksək göstəricisi iyunda qeydə alınıb](/files/2022/2/1200x630/16584011463755140937_1200x630.jpg)
Bakı, 21 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında Azərbaycanda ən çox idxal əməliyyatları iyunda aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, altı ayda idxal əməliyyatlarının ən yüksək göstəricisi iyunda, ən aşağı göstəricisi isə martda qeydə alınıb. Belə ki, iyunda idxal əməliyyatlarının dəyəri 1 milyard 221,3 milyon ABŞ dolları, martda isə 952,7 milyon dollar təşkil edib.
Qeyd edək ki, yanvar-iyun aylarında idxalın dəyəri 6 milyard 356,9 milyon dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.06.2024 [21:34]
SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
- 25.06.2024 [19:47]